"Instagram" hekayələri niyə bu qədər asılılıq yaradır? - Səbəbi AÇIQLANDI
Hər boş vaxtda telefonu əlimizə alan kimi özümüzü "Instagram"da tapırıq. "Instagram"da çarxlara və hekayələrə baxmaq demək olar ki, hamımızın gündəlik məşğuliyyətlərindən biridir.
Bəs "Instagram" hekayələri niyə bu qədər asılılıq yaradır?
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2016-cı ilin avqust ayında edilən bir yeniləmə ilə "Instagram" 24 saat ərzində yoxa çıxan hekayələr əlavə etmə xüsusiyyətini təqdim edib. Biz hamımız gündəlik həyatımızda seriallar kimi "Instagram" hekayələrini izləyirik.
Psixoloq Raffaello Antoninonun fikrincə hekayələrin sürətli və şəxsi olması insanlarda maraq oyadır. Buna görə də biz özümüzü "Instagram" hekayələrinə daim baxmaq məcburiyyətində hiss edirik. Mütəxəssislərin fikrincə, hekayələr beyin üçün əmzik rolunu oynayır. Sürətli videolar bizi reallığın məsuliyyətindən daha tez yayındırır və bizi sosial qidalanmaya aparır.
Əvvəlcə "Instagram"da yaxın olduğumuz insanların hekayələrini izləyirik. Sonra gün ərzində yediyimiz, içdiyimiz qidaları və ya oxuduğumuz kitabı hekayə olaraq paylaşırıq. Nəhayət, hekayəmizi kimin izlədiyini görmək üçün yenidən "Instagram"a daxil oluruq.
Biz bu pis dairəyə necə düşdük?
Ekspertlərin fikrincə, bunun əsas səbəbi insan təbiətidir. Biz təbiətcə insanların nə etdikləri və bizi necə gördükləri ilə maraqlanırıq. Hekayə asılılığımızın başqa bir səbəbi də həyatımızın vacib anlarını insanlarla paylaşaraq öz kimliyimizi dəstəkləməyimizdir. "Instagram" hekayələri vasitəsilə öz həyatımızın "mükəmməl" proyeksiyasını dərc etdikdə özümüzə inamımız artır.
Nə izlədiyimizi anlamadan hekayələrdə bundan sonra nə görəcəyimizi təxmin etməyə çalışırıq. Digər tərəfdən, paylaşılan hekayələr 24 saatdan sonra yox olur.
24 saatlıq məhdud vaxt hekayələri ən qısamüddətli sosial media qarşılıqlı əlaqələrindən birinə çevirir. Bu vəziyyət bizdə hekayələri daim yoxlamağa ehtiyac duymağımıza səbəb olur. Şəbəkəmizi daim yoxlamaq heç nəyi "qaçırmayacağımızı" təmin edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 717 Tarix: 29 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrSabahdan güclü külək başlayır - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il
4 noyabrPolad Həşimovun anasının son vəziyyəti açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə
5 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabrBakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...
Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
5 noyabrİt-pişik saxlayanların xərci artır - Yeni rüsum
Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini
5 noyabr