"Dərsi danışdığına görə uşağı döymək", "Kriminal avtoritet"ə meyillilik! Qarşısını necə alaq?- AÇIQLAMA

"Dərsi danışdığına görə uşağı döymək", "Kriminal avtoritet"ə meyillilik! Qarşısını necə alaq?- AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycanda dərsi danışdığı üçün məktəblilər azyaşlı qızı döyüb. Hadisə Tovuz rayon Qovlar şəhər 2 nömrəli tam orta məktəbində baş verib. Belə ki, məktəbin şagirdləri uşağı vəhşicəsinə döyüb, suyun içinə atıblar. Valideyn məktəb direktorunun yanına gedərək vəziyyəti danışıb. Məktəb rəhbərliyi bildirib ki, hadisə məktəbdən kənarda olduğuna görə heç nə edə bilmərik. Bəs bu nə dərəcədə doğrudur? Azyaşlılar arasında zorakılıq hallarının qarşısı necə alınmalıdır?

Məsələ ilə bağlı, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova Sonxeber.az-a bildirib ki, uşaqlarda ilkin davranış müəyyən edilən zaman valideyn psixoloqa müraciət etməlidir:

"Buna görə də pulsuz psixoloji xidmət məsələsini aktuallaşdırmaq lazımdır. Psixoloji xidmət haqqında qanun var və ərazi üzrə tibb müəssisələrində bu xidmət göstərilir. Ola bilsin ki, valideynlərin çoxunun bundan xəbəri yoxdur. Amma uşaqda davranış pozuntusu olan kimi valideynə müraciət etməlidirlər. O cümlədən məktəblərdə ilkin işarələr görünən kimi psixoloq qiymət aparmalıdır. Psixoloq davranış pozuntusu və psixoloji məqamlar aşkarlanarsa, mütəxəssisə müraciət etməlidir və istiqamət verilməlidir. Bəzi uşaqlarda psixoloji yox psixiatrik müdaxiləyə ehtiyac var. Məsələnin bir tərəfi də odur ki, televiziyalar, filmlər, internetdə zorakılıq tətbiq edən materiallar və sosial şəbəkələrdə bunu təbliğ edən məlumatlar uşaqlar üçün maraqlı görünür".

Mehriban Zeynalovanın sözlərinə, o yaş həddində olan uşaqlar bunu bir liderlik, başqasını əzməklə özünün təsdiqini tapmaq kimi halları ilə özünə uyğunlaşdırır:

"Bu cür zərərli informasiyaların qarşısını almaq üçün tədbirlər planı var. Amma kifayət qədər effektiv deyil. Bununla bağlı kifayət qədər böyük işlər görülməlidir. Valideynlər uşaqlarına ciddi nəzarət etməlidir. O cümlədən oyunlar var. Hansı ki, bu oyunlar zorakılığı təbliğ edir. Uşaqların əksəriyyəti internet oyunları ilə məşğuldur. Valideynlər deyir ki, uşaqlar evdə sakir oturublar, oyun oynayırlar və heç kimin təsirində deyillər. Amma sözügedən zorakılıq tətbiq edən oyunlar uşaqlar arasında geniş yayılıb. Bununla bağlı məhdudiyyət tətbiq edilməlidir. Çox təhlükəli bir haldır. Uşaqlar bunlardan həzz alırlar və tətbiq etməyə çalışırlar".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1684   Tarix: 29 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar...

Sökülən binaların sakinlərinə verilən yeni mənzillər vergidən azad edilir. -a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

5 noyabr
.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

İt-pişik saxlayanların xərci artır - Yeni rüsum

Baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumu 30 manat olacaq. xəbər verir ki, bu məsələ "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 (iyirmi) manat dövlət rüsumu müəyyənləşib. Nazirlər Kabinetini

5 noyabr