"Zirə"nin haqqını kim yeyir? - Rəşad Sadıqovdan AÇIQLAMA + VİDEO

"Zirə"nin haqqını kim yeyir? - Rəşad Sadıqovdan AÇIQLAMA + VİDEO"Hakim səhvlərinə artıq alışmışıq. Heç nəyə təəccüblənmirəm".

Bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları oyuna münasibət bildirərkən deyib.

Onun bu matçda, eləcə də digər oyunlarda hakimlərin qərarları ilə bağlı fikirləri son günlər ən çox müzakirə olunan mövzulardandır.

Çalışdırıcının narazılığına səbəb olan epizodlardan biri "Sabah"la görüşün 1-ci hissəsində baş verib. Belə ki, "Zirə"nin futbolçusu Eldar Quliyevin qolu VAR-ın müdaxiləsindən sonra ləğv edilib. Qapıya paralel gedən topda Eldar Quliyevin oyundan kənar vəziyyətdə olmadığı görünsə də, hakimlər burada da şübhəli qərar qəbul edib.

Bundan başqa, Rəşad Sadıqov oyunun sonlarında komandasının künc zərbəsi yerinə yetirməsinə icazə verilməməsindən də gileylənib. Mütəxəssis bu cür halların "Zirə"nin qarşılaşmalarında daimi hal aldığını bildirib.

Maraqlıdır ki, qalmaqallı epizodun davamında "Sabah" futbolçuları əks-hücum təşkil edərək penalti qazanıblar. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Sofian Çakla isə qonaqlara yekunda 1:0 hesablı qalibiyyət gətirib.

Qəribə hakim qərarlarından biri 19-cu turda "Səbail"lə görüşdə də qeydə alınıb. 78-ci dəqiqədə qartalların üzvü Rüstəm Əhmədzadə rəqibin cərimə meydançasında yerdə qalsa da, VAR-a baxan baş hakim Fərid Hacıyev "Səbail"in kapitanı Adil Nağıyevə nə sarı vərəqə göstərib, nə də 11 metrlik nöqtəyə işarə edib.

Bu tipli hadisələr 18-ci turun mərkəzi oyunu olan "Qarabağ" - "Zirə" görüşündə də diqqəti cəlb edib. 26-cı dəqiqədə köhlən atların üzvü Julio Romao və İsmayıl İbrahimli arasında mübarizədə braziliyalı futbolçunun kobud oyunu referi tərəfindən sarı vərəqə ilə qiymətləndirilib. Elə həmin görüşün 75-ci dəqiqəsində isə Elvin Cəfərquliyevin sərt müdaxiləsindən sonra Məqsəd İsayev yerdə qalsa da, baş hakim Cavid Cəlilov Ağdam təmsilçisinin oyunçusunu bağışlayaraq ona 2-ci sarı vərəqə göstərməyib.

41 yaşlı çalışdırıcı Premyer Liqanın digər turlarında da "Zirə"yə qarşı qərəzli qərarların qəbul olunduğunu və bunun komandadaxili ab-havaya mənfi təsir etdiyini bildirib.

"Zirə" komandasının görüşlərində hakim qərarlarının ön plana çıxdığı epizodlardan biri də 5-ci turda "Qəbələ" ilə oyunda qeydə alınıb. Qarşılaşmanın 79-cu dəqiqəsində əyalət təmsilçisinin qapısı yaxınlığında yaranan qol vəziyyətindən sonra "Zirə" futbolçuları penalti tələb etsələr də, referi Cavid Cəlilov VAR hakimləri ilə məsləhətləşmələrdən sonra oyunu davam etdirib.

Elə bu oyundan sonrakı turda "Sumqayıt"la qarşılaşmada da qartalları qəzəbləndirən hal yaşanıb. Matçın 10-cu dəqiqəsində top uğrunda mübarizədə Pyer Zeblinin müdaxiləsini sərt kobudluq kimi qiymətləndirən Kamranbəy Rəhimov kotdivuarlı futbolçuya birbaşa qırmızı vərəqə göstərib. Bununla belə, çətin vəziyyətdə olmalarına baxmayaraq, Rəşad Sadıqovun yetirmələri ruhdan düşməyərək bu oyunda 1:0 hesablı qələbə qazanıblar.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 755   Tarix: 30 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq

"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu

17 oktyabr
.

"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu

Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla

22 oktyabr
.

"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l

16 oktyabr
.

"Barselona"nın futbolçusu Xavi Espart Ramosun rekordunu qıraraq tarixi nailiyyətə imza atıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Espart tarixi nailiyyətə imza atıb. xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisi buna Fransada PSJ-yə uduzduqları (2:4) UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub. Kataloniya təmsilçisinin yetirməs

21 oktyabr
.

Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib

Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib. AMADA-ya istinadən xəbər veri

14 oktyabr
.

Azərbaycan Basketbol Liqasında IV tur başlayır

Azərbaycan Basketbol Liqasında IV tura bu gün start veriləcək. xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Sabah" NTD-ni sınağa çəkəcək. Görüş Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək. Ehtiyatda daha bir oyunu olan "Sabah" 4 xall

23 oktyabr
.

AFFA 6 komandaya texniki məğlubiyyət verib

AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"

16 oktyabr
.

Canni İnfantino Bakıda - Video

FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə

24 oktyabr
.

Hər gecənin bir "Sabah"ı var... - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar

13 oktyabr