"Mahir ay Brat" azadlığa buraxıldı
Qanunsuz olaraq külli miqdarda narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (Mahir ay Brat) cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror ittihamı nitqi ilə çıxış edib.
Prokuror meyxanaçının verilmiş ittihamla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəsssisəsində çəkməsi şərti ilə 3 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.
Hökmə əsasən Mahirə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, meyxanaçı ötən ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1730 Tarix: 30 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə gənc oğlan öldürüldü - 17 yaşlı şübhəli saxlanıldı
Yanvarın 7-si Gəncə şəhərində Daşkəsən rayon sakini 2003-cü il təvəllüdlü Zamir Rzayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakin
7 yanvarAna və oğlu sobadakı qazdan zəhərləndi - Ölən var
Tərtərdə ana və oğlu qaz sızmasından zəhərlənib. "Qafqazinfo" xəbər verir ki, vəziyyəti ağır olan 52 yaşlı oğul Müşviq Əzimov ölüb. 70 yaşlı Sahibə Əzimovanın isə həyatını xilas etmək mümkün olub. Araşdırma zamanı hadisənin evdəki sobadan sızan qaz səbəbindən baş verdiyi məlum olub. Faktl
10 yanvarGürcüstanda toyda azərbaycanlılar arasında mübahisə - Ölümlə nəticələndi
Gürcüstanın Qardabani bələdiyyəsinin Qara Təhlə kəndində baş verən mübahisə 1 nəfərin ölümü, 4 nəfərin ağır xəsarətlər alması ilə nəticələnib. "Qafqazinfo" -yə istinadən xəbər verir ki, hadisə yanvarın 5-i axşam saatlarında kənddə keçirilən toy mərasimi zamanı başlayıb, daha sonra kafedə dava
7 yanvarBakıda toyda qadın qəfil öldü
Dünən payaxtın Binəqədi rayonunda keçirilən toy mərasimlərindən birində ölüm hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə saat 19 radələrində 8-ci mikrorayondakı İ.Dadaşov küçəsində yerləşən "Zirvə" şadlıq sarayında qeydə alınıb. Belə ki, Bakı sakini 1951-ci il təvəllüdl
26 yanvar34 yaşlı kişi əməliyyat zamanı öldü - Yenilənib
Masallıda 34 yaşlı kişi xəstəxanada ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayondakı mərkəzi xəstəxanada baş verib. Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Rəhman oğlu Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat zaman
8 yanvarQardaşı övladlarını baltalamaqda ittiham edilən əminin fotosu
Bir neçə gün öncə öz qardaşı övladlarını baltalamaqda ittiham edilən Əli Nağıyevin fotosu yayılıb. -a istinadən həmin fotonu təqdim edir:. Qeyd edək ki, Əli Nağıyev bir neçə gün əvvəl qardaşı övladları Hüseyn və Həqiqət Nağıyevlərə balta ilə xəsarətlər yetirmişdi. Aldığı ağır xəsarətlərdən Həqiqət Nağıyev
4 fevralTəranənin qalıqları 13 il sonra buradan çıxarılıb
2012-ci ildə Lənkəranın Nərimanabad qəsəbəsində itkin düşmüş Təranə Ağayevanın qətlə yetirildiyi müəyyənləşib. -in Xəzər TV-yə istinadən məlumatına görə, sonuncu dəfə işlədiyi sahədən gələrək əşyalarını evə qoyub gedən T.Ağayeva bir daha geri qayıtmayıb. Bundan narahat olan ailə polisə müraciət edib
30 dekabr 2025