İdmançıların döydüyü Həsən Əzizovdan AÇIQLAMA: "Gətirdiyim qızın nömrəsini istəyirdilər" - VİDEO
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov açıqlama verib.
Bakupost TV-yə danışan H.Əzizov indiyədək dəfələrlə hücuma məruz qaldığını, hətta ona qarşı silah işlədilsə belə, şikayətçi olmadığını bildirib.
O, adı çəkilən idmançılar tərəfindən döyülməsinin isə bir qədər fərqli hadisə olduğunu deyib.
Döyülməsi ilə bağlı açıqlama verən H.Əzizov hadisədən əvvəl Ruslan Əfəndiyevin ondan Ukraynadan yarışa gətirdiyi və məşqçisi olduğu Nastya adlı idmançının telefon nömrəsini istədiyini bildirib. Həsən səbəbini soruşub və heç bir köməyə ehtiyacları olmadığını bildirib.
Onun sözlərinə görə, baş verən hadisə zamanı ona ilk zərbəni Tofiq Musayev endirib:
"Altı-yeddi nəfər idilər. Tofiq məni vurandan sonra üstümə tökülüşdülər. Mən zərbələrdən qorunmaq üçün üzümü tutdum. Dedim, səhv edirsiniz, bu kişi hərəkəti deyil. Ancaq məhəl qoymadılar. Bütün göstərişləri Ruslan verirdi. Uzadın, qaldırın, vurun deyirdi. Gah da onlar tuturdular, Ruslan vururdu. Pulqabımı, telefonumu aldılar, kəmərimi açdılar. Məni yerə yıxıb sürüdülər".
Qeyd edək ki, Həzən Əzizov tanınmış idmançıdır. O, eyni zamanda Azərbaycanın Ukraynadakı diasporunun fəal üzvüdür.
Ətraflı videoda:
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2503 Tarix: 02 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elvin Cəfərquliyev əməliyyat olundu
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu
2 sentyabrAzərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28 avqust"Sabah"ın stadionu Aİ ilə 30 minlik oldu - Video
Muhammed Yusuf adlı xarici yutuber Azərbaycan çempionu "Sabah"ın stadionunu Aİ ilə düzəldib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə yutub kanalında paylaşım edib. Belə ki, "Sabah"ın ev oyunlarını keçirdiyi 9500 nəfərlik "Bank Respublika Arena"nı süni intellektl
29 avqustOnlar "Sabah"la oynamaq üçün Bakıya gələcəklər
Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bəlli olub. "Qafqazinfo" xəbər verir ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi "Barselona", Almaniyanın "Borussiya"
27 avqust"Qarabağ" "Tvente" ilə həlledici oyuna çıxır
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadas
27 avqustToralın komandası qələbə qazandı - Video
Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu doğma meydanda "İstanbulspor"u qəbul edib. "Qafqazinfo" verir ki, oyun "Bursaspor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub
4 sentyabr