"Sabah" rəsmisi: "Bizim üçün baş məşqçinin yerli və ya əcnəbi olması əsas deyil"

"Sabah" rəsmisi: "Bizim üçün baş məşqçinin yerli və ya əcnəbi olması əsas deyil""Bizim üçün baş məşqçinin yerli və ya əcnəbi olması əsas deyil. Klubun fəlsəfəsinə uyğun olmalıdır".

Bunu "Report"a açıqlamasında "Sabah"ın idman direktoru İqor Ponomaryov deyib.

Klub rəsmisi baş məşqçi vəzifəsindən istefa verən Murad Musayevin qərarını anlayışla qarşıladıqlarını bildirib: "Peşəkarlığına və komandadakı yüksəksəviyyəli işinə görə Murad Musayevə təşəkkür edirik. Həqiqətən də, qazandığı nəticələrlə klubun tarixində öz yerini tutdu. Komandadan ayrılmasına gəlincə, bu, öz istəyi ilə baş verdi. Getməkdə israrlı idi. Biz də klub olaraq onun bu istəyini anlayışla qarşıladıq və müsbət cavab verdik".
Qeyd edək ki, "Sabah" Murad Musayevin rəhbərliyi altında 2022/2023 mövsümündə Premyer Liqanı 2-ci pillədə başa vurub. Bakı klubu bu mövsüm 20 turdan sonra 26 xalla yeddinci sırada qərarlaşıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 827   Tarix: 03 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın iki güləşçisi yarımfinalda

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycanın 5 qadın güləşçisi xalça üzərinə çıxıb. Gülxanım Şirinova 1/4 finalda rusiyalı Zlata Koreşovaya 3:12 hesabıyla məğlub olub. Nuray Cəfərli makedoniyalı Frosina Atanasovay

14 may
.

FIFA "Neftçi"yə niyə transfer qadağası qoyub? (AÇIQLAMA)

FIFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası maksimum 3-5 günə aradan qaldırılacaq. Bu barədə Qaynarinfo-ya "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır v

7 may
.

Nəriman Axundzadə ABŞ-da darmadağına şahid oldu

ABŞ MLS liqasında 12-ci turun oyunları keçirilir. Qaynarinfo xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin yer aldığı "Kolambus Kryu" növbəti oyununa çıxıb. Sözügedən komanda səfərdə "Nyu York Siti" ilə qarşılaşıb. Meydan sahiblərinin 3:0 hesabı il

11 may
.

"Barselona" "Real"ı udub çempion oldu - Yenilənib

İspaniya çempionatının 35-ci turunda "El Klasiko" baş tutacaq. "Qafqazinfo" xəbər verir ki, "Barselona" və "Real" "Nou Kamp"da üz-üzə gələcək. Matçın start fiti saat 23:00-da veriləcək. "Barselona" bu matçda qalib gələrsə, çempionluğunu rəsmiləşdirəcək

11 may
.

Arbeloa Valverde və Tçuameni arasındakı davaya aydınlıq gətirdi

"Real Madrid" klubunun baş məşqçisi Alvaro Arbeloa komandanın yarımmüdafiəçiləri Federiko Valverde və Orelen Tçuameni arasında baş vermiş əlbəyaxa dava ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirib. "AS" nəşrinə istinadən xəbər verir ki, Arbeloa "Real Madrid" klub

9 may
.

Fuad Zeynalov ikiqat Dünya Kubokunun sahibi oldu

Dövlət Sərhəd Xidmətinin əməkdaşı , Dünya və Avropa çempionu Fuad Zeynalov Türkiyənin Antalya şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunda uğurla çıxış etmişdir. İdmançımız masterlər arasında həm light contact, həm də kick light versiyalarında yarışaraq yüksək peşəkarlıq nümayi

14 may
.

"Mançester Yunayted" Mikki van de Veni heyətinə qatmaq istəyir

İngiltərənin "Mançester Yunayted" klubu Niderland millisinin üzvü Mikki van de Veni heyətinə qatmaq istəyir. "Report" "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Tottenhem"də çıxış edən futbolçunu transfer etməkdə maraqlıdır. Klub rəhbərliy

2 may
.

"Sabah" son 18 mövsümdə bunu bacaran ilk klub oldu

"Sabah" son 18 mövsüm ərzində Azərbaycan futbolunda ilk çempionluğunu yaşayan yeganə komandadır. Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın PFL bayrağı altında keçirildiyi illərdə heç bir klub ilk çempionluğunu bayram etməyib. Masazır təmsilçisinədə

1 may
.

Musa Qurbanlı üçün mövsüm erkən bitdi

Misli Premyer Liqasının XX turunda "Turan Tovuz"la oyunda zədələnən Musa Qurbanlının durumuna aydınlıq gəlib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib. Onun sözlərinə görə, hücumçu dizindən zəd

5 may