Prezident seçkilərindən sonra hansı dövlət qurumları birləşdirilə bilər? - AÇIQLAMA

Prezident seçkilərindən sonra hansı dövlət qurumları birləşdirilə bilər? - AÇIQLAMABu gün aktual mövzulardan biri növbədənkənar prezident seçkilərindən sonra keçiriləcək islahatlardır. Bəs prezident seçkilərindən sonra, Azərbaycanda hansı dövlət qurumları birləşdirilə bilər?

Məsələ ilə bağlı politoloq Kazım Kazımov Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycan artıq tarixi bir dövr yaşayır. Həm İkinci Qarabağ müharibəsi, həm də senytabr ayında keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan dövlət müstəqilliyi tarixində və 1918-ci ildən bəri mövzuda olan problemi tamamilə aradan qaldırdı:

"Bu problem Azərbaycan hakimiyyəti, Azərbaycan ordusu və xalqının birliyi nəticəsində həll edildi. Digər tərəfdən cənab prezidentin son çıxışlarına baxdığımızda və o cümlədən yerli media orqanlarına verdiyi son müsahibəsinə baxdığımızda cənab prezident açıq şəkildə ifadə etmişdir ki, 7 fevraldan sonra Azərbaycanda yeni bir era başlayır. Bugünkü rəqəmlərə baxdığımızda çox asanlıqla deyə bilərik ki, 7 fevralda cənab prezidentin təkrar qalib gələcəyini görürəm. Onun üçün də Azərbaycanda "Qalıb lider, qalib xalq" şüarı altında bir çox struktur islahatlarının həyata keçiriləcəyini gözləyirəm. Bu struktur islahatlarını indidən tam şəkildə dəqiq demək çətin olar. Lakin onu deyə bilərəm ki, böyük ehtimalla bir çox nazirliklər və bir çox dövlət qurumları birləşdiriləcək".

Politoloqun sözlərinə görə, icra hakimiyyəti strukturunda da ciddi dəyişikliklər gözləyə bilərik:

"Müasir dünyada artıq həm texnologiyaların inkişafı, həm də daha sadə dövlət modelinin inkişafı nəticəsində dövlət büdcəsindən yükü azaltmaq üçün artıq bir çox dövlət qurumları birləşdirilir. O cümlədən Azərbaycanda biz bilirik ki, son illərdə bu istiqamətdə addımlar atılıb. 7 fevraldan sonra ciddi struktur dəyişikliklərinə gediləcəkdir. Bu reformlar Azərbaycan dövlətçiliyi adına önəmlidir. Nə qədər sadələşdirilmiş və nə qədər strukturu güclü olan dövlət qurumları olarsa, Azərbaycanın yeni arasında bu qurumların fəaliyyəti daha mütərəqqi şəkildə olacaqdır. Nazirliklərin və dövlət qurumlarının birləşdirilməsi ilə birlikdə, yeni dövlət agentliklərinin qurulması da gözləniləndir. Bu gün Azərbaycanda artıq iqtisadi rayonlar var. İqtisadi rayonlar üzrə bir aparatın qurulması və icra hakimiyyəti strukturlarının dəyişdirilməsi, azaldılması ehtimalını mən gözləyirəm. Çünki Qarabağ azad edildikdən sonra, Naxçıvan Muxtar Respublikasına yeni prezidentin səlahiyyətli nümayəndəsi edilməsi və Qarabağda nümayəndəliklərin təyin edilməsindən sonra bu iki səlahiyyətli nümayəndənin uğurlu işlər həyata keçirdiyini o bölgələrdə görə bilərik. Əgər Qarabağ kimi mürəkkəb bir bölgə də, bu həyata keçirilə bilirsə, ölkənin bütün sahələrində bu tipli addımlarla daha uğurlu bir icra strukturu həyata keçirilə bilər. Təbii ki, bunların cavabını 7 fevraldan sonra açıqlanacaq yeni islahatlar proqramında görə bilərik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3337   Tarix: 06 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!

"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn

5 noyabr
.

Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunan məhsullardan biridir. Lakin mağazalarda müxtəlif marka və qiymətlərlə satışa çıxarılan məhsulların hamısı eyni keyfiyyətə malik deyil. Bəzi hallarda təbii kərə yağı adı altında fərqli tərkibli məhsulların təqdim edilməsi istehlakçıların düzgün seçi

4 noyabr