Tərtərdə minaya düşən şəxslərin son durumu açıqlanıb
Fevral ayının 4-5-də Tərtər rayonunda minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun son durumu açıqlanıb.
Sonxeber.az Report-a istinadən xəbər verir ki, hər iki yaralı hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar.
Həkimlər onların vəziyyətini orta ağır və stabil kimi dəyərləndirirlər.
Qeyd edək ki, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb.
Fevralın 5-də Tərtər şəhər sakini, 1966-cı il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu rayonun Göyarx kəndi ərazisində heyvan otaran zaman piyada əleyhinə minaya düşüb.
Hər iki şəxsin sol ayağı amputasiya edilib.
Faktlarla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 865 Tarix: 06 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO
Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra
15 sentyabrSabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilə
15 sentyabrÇarpayıdan yıxılan 83 yaşlı kişi öldü
Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib. 1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb. Faktla bağlı Xəzə
14 sentyabrNazirdən Bilik Günü ilə bağlı paylaşım
Elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, nazir bütün təhsil işçiləri, şagird və tələbələri təbrik edib. "Əziz şagirdlər, tələbələr, müəllimlər, valideynlər və bütün təhsil işçiləri!. Bu gün məktəbə ilk dəfə qədəm qoyan balalarımız
15 sentyabrİcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas
15 sentyabr