Adil Hüseynov: "Millinin baş məşqçisi də milli olmalıdır"

Adil Hüseynov: "Millinin baş məşqçisi də milli olmalıdır""Bu gün ölkə rəhbərliyi tərəfindən futbola və ümumiyyətlə idmana göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Bunun nəticəsi kimi bu gün bizim idmançılar müxtəlif idman yarışlarda iştirak edir və gözəl nəticələr qazanırlar".

Bunu İdman.bizə futbol veteranı Adil Hüseynov deyib.

Ötən əsrin 70-ci illərində "Neftçi", Naxçıvanın "Araz" və başqa klublarda müxtəlif məşqçilərin rəhbərliyi altında çıxış edən sabiq futbolçu ölkə idmanının indiki durumundan danışıb: "Bir çox dünya şöhrətli turnirlərin Azərbaycanda keçirilməsi isə ümumiyyətlə ənənə halını alıb. Hesab edirəm ki, indiki gənclər, idmançılar özlərini xoşbəxt hiss etməlidirlər. Ona görə ki, onlar bizdən fərqli, iqtisadiyyatı güclü, bütün dünyaya sözünü demiş Azərbaycanda idmanla məşğuldurlar. Bəlkə də bu gün çox nadir ölkələrdən biriyik ki, dövlət tərəfindən idmana bu qədər dəstək verilir. Sözsüz ki, bizim zamanda bütün bunlar yox idi".

Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki UNEC), Azərbaycan Dövlət bədən tərbiyəsi İnstitutunu (indiki "İdman Akademiyası") bitirib, Moskvada dissertasiya müdafiə edərək iqtisadi elmləri namizədi alimlik dərəcəsi alan veteran yığmamızın baş məşqçisinin yerli və ya əcnəbi mütəxəssis olmasına da münasibət bildirib: "Bildiyimiz kimi, milli komanda mütləq ən yaxşı futbolçulardan ibarət olmalıdır. Yığmaya seçimi komandanın baş məşqçisi həyata keçirir. Fikrimcə, hazırda milli komandanın baş məşqçisinin də milli – Azərbaycan Respublikasının vətəndaşı olması arzuediləndir".

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin üzvü olan Hüseynov fikirlərini də əsaslandırıb: "Mən bu gün futbolumuzda gedən prosesləri yaxından izləyirəm və bildiyim qədərilə AFFA ölkənin milli komandasının baş məşqçisi problemini həll etməli olacaq. Baş məşqçiliyə namizədin seçilməsi üçün işçi qrupu da yaradılıb. Sirr deyil ki, 2008-ci ildən başlayaraq 2023-cü ilin sonlarına qədər ayrı-ayrı əcnəbi məşqçilərin milli komandaya rəhbərliyi zamanı komandanın əldə etdiyi nəticələrdən məlum oldu ki, onlar bizim yerli mütəxəssislərdən heç də üstün deyil".

O bildirib ki, əcnəbi mütəxəssis əlavə maliyyə xərcləridir: "Ümumiyyətlə, əcnəbi məşqçi milli komandaya rəhbərlik etməzdən əvvəl həmin ölkənin futbolu ilə yaxından tanış olmalıdır. O, vəziyyəti mütəmadi izləməlidir, bütün futbolçuların imkanlarından xəbərdar olmalıdır. Dəvət olunan əcnəbi məşqçilər bizim milli çempionatımız haqqında praktiki olaraq heç nə bilmirlər. Yerli futbolçularla ünsiyyət yaratmaq üçün onlar mütləq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə də bələd olmalıdırlar. Lakin onlar buna maraq göstərmirlər. Bundan əlavə, yüksək maaş müqabilində dəvət olunan baş məşqçi özü bir yana, köməkçilərini də, bir qayda olaraq, xaricdən gətirir və istər-istəməz burada əlavə maliyyə xərcləri ortaya çıxır. Ola bilər ki, mənə məlum olmayan başqa məqamlar da var, mən yuxarıda qeyd edilənlərlə kifayətlənirəm".

Hüseynov bu vəzifəyə öz namizədini də irəli sürüb: "Azərbaycanda hazırda çox sayda istedadlı, bacarıqlı məşqçi var və onların arasında ən təcrübəli və nüfuzlusu milli komandanın baş məşqçisi seçilməlidir. Razılaşaq ki, Qurban Qurbanovun bu vəzifəyə təyin edilməsi daha ədalətli olardı. Uzun illərdir ki, o, özünü təcrübəli, nüfuzlu və uğurlu məşqçi kimi göstərib. Qurbanovun xeyrinə arqumentdən biri də onun özünəməxsus oyun fəlsəfəsidir. O, millidə öz tələblərini izah etməyə vaxt itirməyəcək. Qurbanov millinin əksər oyunçularını "Qarabağ"dakı məşq və oyunlardan tanıyır. Ondan əlavə, Qurbanovun gücü həmfikirlərlə əhatə olunmasıdır. Onun milli komandanın heyəti ilə bağlı hər hansı problem yaşayacağını düşünmürəm. Onu düşünürəm ki, uzun illər çəkdiyi zəhmətlə "Qarabağ"a uğur gətirən məşqçini komandanın rəhbərliyi əldən verməz. Buna görə də, kompromis variant kimi, hər iki vəzifəni – həm milli, həm də "Qarabağ"ın baş məşqçisi vəzifələrinin icrasını Qurban Qurbanova təklif etmək olardı. Təbii ki, bu ağır yükdür, lakin vətənpərvər, öz işinin öhdəsindən uğurla gələn və təvazökar bir insana, istedadlı məşqçiyə bu şansı vermək lazımdır. Bu məsələnin həllində ölkənin idman rəhbərliyinin də köməyinə ehtiyac duyulur".

Futbol veteranı Qurban Qurbanovla şəxsi tanışlığının olmamasını da qeyd edib: "İnanıram ki, daxili çempionatda bu iki vəzifəni icra edən məşqçiyə qarşı bütün rəqib komandaların oyunçuları əlavə motivasiya ilə oynayacaqlar və onlar millidə yer almağa layiq olduqlarını sübut etməyə çalışacaqlar. Hər bir halda millinin baş məşqçisinin namizədin seçilməsində son söz AFFA-nın İcraiyyə Komitəsinindir".

O qeyd edib ki, Qurban Qurbanovla şəxsi tanışlığı və hansısa münasibətim yoxdur.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1035   Tarix: 09 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb

İtaliya A Seriyası təmsilçisi "Venesiya" klubu Davide Nikola ilə anlaşdığını açıqlayıb. xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 53 yaşlı mütəxəssislə 2027/2028 mövsümünün sonunadək müqavilə bağlanıb. D.Nikola bu postda A Seriyasının startındakı ardıcı

15 oktyabr
.

Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycanın minifutbol üzrə U-23 komandası dünya çempionatında ilk matçına çıxıb. -ın məlumatına görə, yığma Rumıniya ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində Xəzər Ağalızadə (3), Nihad Ağayev (35) və Fərid Abbasov (39) fərqləniblər. Qeyd edək ki, bu gün start

13 oktyabr
.

Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların

12 oktyabr
.

"Sabah" - "Barselona" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d

19 oktyabr
.

"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l

16 oktyabr
.

Canni İnfantino Bakıda - Video

FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə

24 oktyabr
.

"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile

19 oktyabr
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20 oktyabr
.

"Barselona"nın futbolçusu Xavi Espart Ramosun rekordunu qıraraq tarixi nailiyyətə imza atıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Espart tarixi nailiyyətə imza atıb. xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisi buna Fransada PSJ-yə uduzduqları (2:4) UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub. Kataloniya təmsilçisinin yetirməs

21 oktyabr