Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olub
Mərkəzi Asiyada ən çox təbii qaz satan Türkmənistan 2023-cü ildə hasilatını 6,9 %, ixracını isə 12,6 % artırıb.
2023-cü ildə ölkə qazını əsasən Çinə, o cümlədən Rusiya, Azərbaycan və Özbəkistana satıb və ümumilikdə 80,6 milyard kubmetr qaz hasil edib.
Bu rəqəmlər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun supernəhəng "Qalkınış" neft-qaz yatağının sənaye işlənməsinin əhəmiyyətindən və Xəzər dənizinin milli sektorunun kəşfiyyatı və işlənməsində xarici şirkətlərin iştirakından danışdığı hökumətin iclasında açıqlanıb.
Dövlət başçısı həmçinin Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisini də diqqət mərkəzində saxlamağı tapşırıb.
Məlumdur ki, 2024-cü ilə qədər Türkmənistan qazının Azərbaycana tədarükü İran vasitəsilə svop yolu ilə həyata keçirilirdi. 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə uyğun olaraq, ildə 1,5-2 milyard kubmetrədək Türkmənistan qazının tədarükü, sonra isə bu həcmlərin 3-4 milyard kubmetrə qədər artırılması nəzərdə tutulurdu. Bununla belə, Türkmənistandan Azərbaycana İran vasitəsilə qazın svop tədarükü müvəqqəti olaraq dayandırılıb və Bakı ilə Axşabad arasında yeni razılaşma əldə edildikdən sonra bərpa oluna bilər.
Tədarüklər 2022-ci ilin yanvarında gündəlik 5-6 milyon kubmetr həcm ilə başlayıb. Elə həmin ilin martına qədər vurulan qazın sutkalıq həcmi 7 milyon kubmetrə yüksəlib.
Hazırda Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə nəqli imkanları da müzakirə olunur.
Qeyd edək ki, Azərbaycanda 2024-cü il yanvarın 1-dən svop sazişi üzrə xam neft və təbii qaz idxalı üç il müddətinə ƏDV-dən azad edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkədən nə qədər mis məmulatları ixrac edilib?
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 24,59 milyon dollar dəyərində mis və ondan hazırlanan məmulatlar ixrac olunub. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki bu, 2025-ci ilin müvafiq dövrünün göstəricis
9 sentyabrAzərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb
Bu ilin avqust ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 51,81 % təşkil edib. "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən 10,88 faiz bəndi və ya 17,4 %, 2025-ci ilin avqust ayını
2 sentyabrAvropada yanacaq qiyməti niyə bahalaşır? - AÇIQLAMA
Avropada yanacağın qiymətindəki dəyişikliklər son dövrdə həm qlobal enerji bazarındakı proseslər, həm də regiondakı geosiyasi gərginliklərlə əlaqələndirilir. Neftin dünya bazarında bahalaşması ilə yanaşı, yanacağın daşınması və emalı xərcləri, təchizat zəncirində yaranan problemlər və Avropa ölkələrind
16 sentyabr"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb
Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb. bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (+17 , rayonlararas
4 sentyabrSOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros
4 sentyabrAzərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo
21 sentyabrAzərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib
Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas
10 sentyabr