Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?
Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib.
Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunitet sistemini güclü saxlamaq üçün balanslı qidalanma və nizamlı yuxu kifayət edir. Vitamin qəbul etmə ilə əlaqədar xüsusi bir xəstəliyi olmayan insanlar əslində buna ehtiyac duymur, çünki onlar yedikləri qidalarla həmin vitaminləri artıq qəbul etmiş sayılırlar. Qış aylarında yoluxucu xəstəliklərlə mübarizədə həkim məsləhəti ilə vitamindən istifadə etmək olar. Məsələn, C vitamini ilə zəngin qidalar bol istehlak etmək xəstəliklərin qarşısını almağa müvəffəqdir. Bundan əlavə, kifayət qədər maye istehlakı və balanslı qidalanmaya diqqət yetirilməlidir. İnternetdən alınan, tərkibi bilinməyən vitaminlərdən qəti şəkildə uzaq durmaq gərəklidir. Bütün bunlar "immunitet sistemini gücləndirir" adı altında satılan və heç də belə olmayan lazımsız məhsullardır. Əksinə, belə məhsullardan istifadə edən insanlarda sonradan müəyyən fəsadlar da ortaya çıxa bilər. Həkim məsləhəti olmayan vitaminlər də sağlamlıq üçün zərərlidir.
"Hər bir məhsul mədədə sorulduqdan sonra qaraciyərə və böyrəyə gedir, oradan da xaric olur. İfraz olunmursa, bu, orqanizmdə yığılır, böyük bir problemə çevrilir. Ona görə də belə məhsullar bütün orqanlara zərər verir. Hansısa bir dərman dozadan artıq qəbul edilərsə bu da təbii ki, mənfi təsirini göstərəcək. Ona görə də hər dərmanın yaş qruplarına görə bir dozası var. Unutmayaq ki, doğru şəkildə və həkim məsləhəti ilə qəbul edilən vitaminlər insan sağlamlığı üçün faydalıdır", - deyə Qalip Ekuklu əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12 sentyabrYaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
"45 yaşdan sonra gücü və hərəkətliliyi uzun müddət qorumaq üçün fiziki məşqlərin müntəzəmliyi onların intensivliyindən daha böyük əhəmiyyət daşıyır". xəbər verir ki, bu barədə livanlı həkim-reabilitoloq Abdelkader Hamavi "RIA Novosti"yə açıqlamasında bildirib. Ekspertin sözlərin
20 sentyabrBu qidaları yedikdən sonra yuxunuz gələ bilər
Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala
14 sentyabrXərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir. Preparat yüksək riskl
13 sentyabrAlimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16 sentyabrGənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti
Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi
6 sentyabrMilçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə ciddi olduğ
20 sentyabrÜrək üçün faydalı olan 6 dəniz məhsulu
Ürək sağlamlığından narahat olan şəxslər qida rasionuna bəzi dəniz məhsullarını əlavə edə bilərlər. Dəniz məhsulları omeqa-3 yağ turşuları ilə zəngindir. Lakin bəzi növlər ürək sağlamlığı baxımından digərlərindən daha faydalı hesab olunur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" kardioloql
14 sentyabr