İngiltərə Premyer Liqası: "Arsenal" Konfrans Liqasının qalibini darmadağın edib
İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində "Vest Hem" "Arsenal"ı qəbul edib.
London derbisini Kreyq Pousonun başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Altı qol vurulduğu görüşün taleyi elə birinci hissədə həll olunub. Matçda sükut 32-ci dəqiqədə pozulub: fransalı müdafiəçi Vilyam Saliba Deklan Raysın ötürməsindən sonra topu qapıya göndərib. 41-ci dəqiqədə Bukayo Saka hesabdakı fərqi artıraraq 2:0-a çatdırsa da, bu, birinci hissəsdə vurulmuş son qol olmayıb. Cəmi 3 dəqiqə sonra braziliyalı müdafiəçi Qabriel Maqalyans hesabı darmadağın həddə çatdırıb. Ona məhsuldar ötürməni yenə Rays verib. İlk yarıya əlavə edilmiş ikinci dəqiqədə "topçular" dördüncü qollarını vurublar: bu dəfə 29 yaşlı Leandro Trossard norveçli Martin Edeqorun verimli ötürməsindən sonra qapıya dəqiq zərbə endirib.
İkinci hissədə isə hesab cəmi iki dəfə dəyişib. Qollar iki dəqiqə ara ilə vurulub: 63-cü dəqiqədə Saka Edeqorun yardımı ilə dubla imza atıb; 65-ci dəqiqədə isə Rays Ben Uaytın ötürməsindən sonra matçda son nöqtəni qoyub – 0:6.
Ev sahibləri isə passivlərinə dörd sarı vərəqə əlavə etməklə seçiliblər.
Qeyd edək ki, 24 oyundan sonra "Arsenal" 3-cü pillədə qərarlaşıb. "Topçular" "Mançester Siti" ilə eyni xal toplasa da, "şəhərlilər" əlavə göstəricilərə görə londonlulardan bir pillə yüksəkdir. Bundan başqa, "Siti"nin ehtiyatında bir oyun daha var. Turnir cədvəlində vahid lider isə "Liverpul"dur. Yürgen Kloppun yetirmələrinin 54 xalı var.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 950 Tarix: 11 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elvin Cəfərquliyev əməliyyat olundu
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub. xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunu
2 sentyabrAzərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28 avqust"Sabah"ın stadionu Aİ ilə 30 minlik oldu - Video
Muhammed Yusuf adlı xarici yutuber Azərbaycan çempionu "Sabah"ın stadionunu Aİ ilə düzəldib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə yutub kanalında paylaşım edib. Belə ki, "Sabah"ın ev oyunlarını keçirdiyi 9500 nəfərlik "Bank Respublika Arena"nı süni intellektl
29 avqustOnlar "Sabah"la oynamaq üçün Bakıya gələcəklər
Azərbaycan təmsilçisi "Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri bəlli olub. "Qafqazinfo" xəbər verir ki, keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, Masazır təmsilçisi doğma meydanda Kataloniya nəhəngi "Barselona", Almaniyanın "Borussiya"
27 avqust"Qarabağ" "Tvente" ilə həlledici oyuna çıxır
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadas
27 avqustToralın komandası qələbə qazandı - Video
Millimizin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu doğma meydanda "İstanbulspor"u qəbul edib. "Qafqazinfo" verir ki, oyun "Bursaspor"un 4:0 hesablı qələbəsi ilə başa çatıb. Toral Bayramov oyunun 70-ci dəqiqəsində meydana daxil olub
4 sentyabr