Əzizənin işində yeni detallar

Əzizənin işində yeni detallarArvadının sifarişi əsasında öldürüldüyü iddia edilən iş adamı Əli Seyidlinin qətli ilə bağlı məhkəmə araşdırması davam edir.

"Qafqazinfo"nun məlumatına görə, bu iş üzrə 4 nəfər - Əzizə Seyidova, Mehdi Məmmədli, Elnur Əliyev və Bəxtiyar Fərzəliyev mühakimə olunur.

İttihamda deyilir ki, 23 yaşlı Ə.Seyidova digər təqsirləndirilən şəxslərə ərini öldürməyi sifariş verib. Lakin Əzizə ittihamla razılaşmır, ərini öldürtdürmədiyini deyir. Digər müttəhimlər isə özlərini qismən təqsirli bilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən budəfəki iclasda Əzizənin xalası və mərhum Əlinin işçiləri olmuş şəxslər ifadə veriblər. Gülmirə Quliyeva (şərti) Əzizənin xalasıdır. Onu bu işə bağlayan tək Əzizənin xalası olması deyil, həm də təqsirləndirilən Mehdi Məmmədli ilə əvvəllər münasibətinin olmasıdır.

Gülmirənin dediyinə görə, ərindən boşandıqdan bir müddət sonra yaxınlarının təklifi ilə Mehdi ilə tanış olub. Əzizə ilə Mehdi də bu elçilikdə tanış olublar: "Əzizəni mən böyütmüşəm. Elə olurdu həftələrlə bizdə qalırdı. Mehdi bizə elçi gələn gün də bizdə idi. İlk tanışlıqları da həmin gün olub. Mehdi ilə təxminən iki ay davam etdi. Onun mənə uyğun biri olmadığını gördüm. Ayrıldıq".

İstintaq materiallarına əsasən, Mehdi Gülmirə ilə evlənmək ərəfəsində olarkən eyni zamanda Əzizə ilə danışıb. Gülmirə özü də Mehdinin bacısı qızı ilə maraqlandığını təsdiqləyib: "Ayrılandan sonra bildim ki, Mehdinin Əzizə ilə münasibəti olub. Birlikdə olduğumuz iki ayda isə məlumatım yox idi".

Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsində də bu haqda danışıb. Yazılı ifadədən görünür ki, Əzizənin mərhum əri ilə münasibətləri pozulubmuş. Hətta boşanmaq fikrinə belə düşüblərmiş. Həmin vaxtlarda Mehdi Əzizəni axtarıb: "Mehdi mənə zəng etdi, Əzizənin nömrəsini istədi. Dedi ki, Əzizənin əri ilə münasibətləri pisdir. "Bizim işimizə qarışma!" deyib telefonu söndürdüm. Onu da deyim ki, həmin vaxt Əzizə də ərindən boşanma ərəfəsində idi".

"Mehdidən nəyə görə soruşmadız ki, bacınız qızı ilə niyə maraqlanır, məqsədi nədir?", - prokuror Cövdət Mehrəliyev soruşub.

Şahid "sadəcə marağını səmimi qəbul etdim", - deyərək cavab verib.

Mehdinin Gülmirədən ayrılandan sonra zəng edib Əzizəni maraqlanması və nömrəsini axtarması onun Əzizə ilə əvvəldən münasibətinin olmasını sual altında saxlayır. Mehdi və Əzizə özləri də münasibətlərinin olmasını israrla inkar ediblər.

Prosesin davamında ifadə vermək üçün zərərçəkmişin işçisi olmuş Nigar Məmmədova (şərti) zala dəvət edilib. Şahidin Əli ilə işçi-müdir münasibətindən əlavə yaxınlığı olub. Bir müdət sevgili olublar: "İş əsnasında aramızda münasibət yarandı, görüşməyə başladıq. Amma mənimlə birgə olduğu vaxtda ailəli olduğunu bilmirdim. Mənə boşandığını demişdi. Hətta sübut üçün bir məhkəmə sənədi göstərmişdi. İki ay sonra həyat yoldaşından ayrılmadığını öyrəndim. Bundan sonra münasibətimiz bitdi. Sonda da işdən çıxdım."

Mərhum Əlinin yaxın dostu olmuş İbrahim İmamquliyev də şahid qismində ifadə verib. Əli qətlə yetirilməzdən əvvəl onunla birlikdə olub. Ayrılandan 40 dəqiqə sonra isə ölümünü eşidib: "Əli ilə həm qonşu həm yaxın dost idik. Hadisə günü də birlikdə idik. Əliyə evdən zəng gəldi, yeməyə çağırdılar. Evə gedəndə də öldürülüb. Əlinin ailə münasibətinə gəlincə onu deyə bilərəm ki, Əzizə çox qısqanc idi. Tez-tez zəng edir, harada olduğunu soruşurdu."

İş üzrə növbəti proses aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martında Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. İttihamda qətlin sifarişçisi Əzizə Seyidova, sifarişin əsas icraçısı Mehdi Məmmədov və onun dostları Bəxtiyar Fərzəliyev və Elvin Əliyev göstərilib.

İttihamda deyilir ki, 23 yaşlı Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə "siçan dərmanı" qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək, ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2318   Tarix: 19 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət xidmətində rüşvət ƏMƏLİYYATI: Saxlanılanlar var

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində əməliyyat keçirilib. "Report"a istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb. Onla

23 aprel
.

Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI

Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə -ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:. "Mübahis

30 aprel
.

Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı

Özünü "Dr.Gülü" kimi təqdim edən Gülbədə Abdullayevanın "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda olmadığı və plastik cərrahiyyə və ya digər tibbi fəaliyyət növləri üzrə praktik tibb fəaliyyətinə icazəsinin olmadığı açıqlanıb. "Yeni Sabah"a istinadl

14 may
.

Öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb. APA-ya istinadla xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbi hələlik məlum deyil

3 aprel
.

Ağcabədidə əmioğulları qətlə yetirildi - Foto - Yenilənib

Ağcabədi rayonunda iki nəfər qətlə yetirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri arasında yaranmış mübahisə sonradan qanlı insidentə çevrilib. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl

27 aprel
.

Fidan Abbasova ilə bağlı məhkəmə qərarı narkotik istifadəsini təsdiqlədi

Son dövrlərdə müxtəlif qalmaqallarla gündəmə gələn, özünü guya sabiq məmurun oğlunun həyat yoldaşı kimi tanıdan (əslində hər hansı rəsmi nikah münasibəti olmayıb - red.) Fidan Loğman qızı Abbasova ilə bağlı hüquqi proseslər çərçivəsində yeni və diqqətçəkən faktlar ortaya çıxıb. "Qafqazinfo"y

16 aprel
.

Həmin 15 yaşlı məktəbli saxlanıldı

Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl

21 aprel
.

Əhməd Əhmədov tibb müəssisəsindən azadlığa buraxılıb? - RƏSMİ

"Bəzi sosial şəbəkə subyektləri tərəfindən 13.02.2024-cü il tarixdə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb". xəbər verir ki, bu barədə Baş Prokurorluq məluma

21 aprel
.

Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı-Foto

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub. APA-ya istinadən xəbər verir ki, hadisə bu gün "Şuşa şəhərciyi"ndə qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb

1 iyun