Qurban Qurbanov: "Biz "Braqa"nın gücünü bilirik"

Qurban Qurbanov: "Biz "Braqa"nın gücünü bilirik""Braqa" ilə qarşılaşma bizim üçün çox vacib və dəyərli oyundur".

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın "Braqa" klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

"Bu oyun ətrafında çox da danışmaq istəmirəm. Fikrimizi tam rəqibə yönəltmişik. "Braqa" barədə əlavə məlumata ehtiyac yoxdur. Portuqaliyada da demişdim ki, ilk oyunun nəticəsi bizi aldatmalı deyil. Əksinə, Bakıda daha səliqəli və intizamlı oynamalıyıq. Komandanı da sırf bu yöndə hazırlamağa çalışırıq. İnanıram ki, futbolçularım evdə daha istəkli, soyuqqanlı olacaqlar və daha düzgün oynayacaqlar. Sabaha kimi vaxtımız var. Rəqibi futbolçularımıza daha yaxından tanıdacağıq. Oyunu yaxşı notlarla başa vurmaq istəyirik. Şansımız varsa, bundan istifadə etməyə çalışacağıq".

- "Braqa" rəhbərliyi futbolçularına Bakıda qələbə qazanmaqla bağlı tələb qoyub. Bu psixolojin amilin futbolçulara hansısa təsiri ola bilər?
- Bu tələb gözləniləndir, başqa cür ola da bilməzdi. "Braqa" böyük klubdur, onların növbəti mərhələyə çıxmaq şansı daha çox idi. Məşqçi kimi bunu normal qarşılayıram. Psixoloji məsələyə gəlincə, məncə, rəhbərliyin fikrinə görə inanmıram ki, psixoloji təsir etsin. Biz "Braqa"nın gücünü bilirik. Məğlub olmaqları o demək deyil ki, biz onlardan üstünük, ya onlar bizdən zəifdir. Belə fikir bizdə yoxdur. Portuqaliyada da futbolçularla danışanda dedim ki, Bakıdakı matçda daha aktiv olmalıyıq, daha çox güc sərf etməliyik ki, "Braqa"nı saxlayaq. Çox sürətli oyunçuları var. Əksər rəqiblərə uyğun və xoş olmayan oyun stilləri var. "Braqa"nın böyük təcrübəsi var. İllərdir ki, bu cür gərgin oyun oynayan komandadır. İnanmıram ki, rəhbərliyin fikrinə görə hansısa psixoloji təsiri olacaq. Biz özümüzü sırf oyuna hazırlamışıq.

- Azərbaycan futbolunun yaşı 100-dən çoxdur. Sabahkı "Braqa"ya qarşı oyun Azərbaycan futbolunun Avropadakı təsdiqi üçün şansdır?
- Bugünkü nəticələrə baxsaq, bəlkə bunu düşünə bilərik. Belə durum yaranıb ki, Avropadakı istənilən oyundakı qələbə bizim futbol üçün böyük uğur sayılmalıdır. Çünki bizim üçün çox vacibdir. Daha stabil olmaq üçün belə uğurlara çox ehtiyac var. Pley-off oyunlarında bu cür qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox vacibdir. Bu cür oyunlarla futbol camiəsi böyüyür. Hamı bir yerə yığışır. Uğur öz yerində. Çox istəyərdik ki, bunu böyük uğur kimi adlandıraq. Mənim üçün vacib olan, azarkeşləri bu cür oyunlara kökləmək və inandırmaqdır. Biz yanaşsaq ki, ən böyük uğurumuzdur, yerimizdə qala bilərik.

Hər il bir addım irəli gedəndə, həvəsli, inamlı oluruq. İstər-istəməz nəinki azarkeşlər, hətta dövlət orqanlarının bu cür oyunlara marağı böyüyür. Bu da futbolumuzun inkişafı üçün yaxşıdır. Həmişə istəmişəm, bura böyük komandalar gəlsin ki, futbola və bizə maraq, inam daha da böyüsün. Bu uğur sayıla bilər, amma bununla dayanmalı deyilik. Düzdür, hələ uğur əldə olunmayıb. Bəli, ilk oyunda qalib gəlmişik. Ancaq uduzsaq da, bunu uğursuzluq adlandırmaq olmazdı. Çünki səfərdə udmuşuq. Demək ki, işimizi aktivləşdirsək, möhkəmləndirsək, qarşıdakı illərdə rəqiblərlə başabaş mübarizə aparmaq mümkündür.

- Son durumu açıqlayardız. Zədəlilər varmı?
- Yox, hər şey qaydasındadır.

- Oyunla bağlı ehtiyatlı danışdız. Amma fakt odur ki, 1/8 finala yüksələ bilərsiz. Cari mövsümün əvvəlində bu qədər irəli gedə biləcəyinizi ehtimal etmişdiz?
- Biz həmişə qarşımıza məqsəd qoyuruq və buna nail olmaq üçün ildən-ilə daha yaxşı olmaq istəyirik. Bu da hamısı bizim daxili çempionatımızdan başlayır. Biz daxili liqada yaxşı performans göstərsək, avrokuboklarda daha yaxşı nəticələr ola bilər. Biz istəyirdik ki, irəliləyək. Mütləq buralara çatmalıyıq deyə, tələb yox idi. Amma bacararıq deyə, inam var idi. Qarşımıza qoyulan məqsəd minimum Avroliqanın qrupuna düşmək idi. Sonrakı məqsəd pley-off mərhələsinə çıxmaqdır. Bunu da bacardıq. İndi əlimizə şans düşüb. Bu onu göstərir ki, işlərimiz planlı şəkildə gedib. Əsas odur ki, icra edənlər, futbolçular bunu bacarıb. Bu gün də futbolçularıma güvənirəm. Bura qədər gəlib çıxmağımızda onların payı daha çoxdur. Sabah meydanda söz sahibi futbolçular olacaq. Mən sadəcə onların yanında olacam. Belə birlik varsa, nəticə özünü göstərir. Futbol elə oyundur ki, il boyu davam edir. Hər oyuna inamla hazırlaşırıq. Əsas da düzgün hazırlaşırıq. Bu da düzgün icra olunursa, nəticə bu gün olmaya bilər, amma sabah olacaq. İnanıram ki, futbolçularım daha da yaxşısını etmək gücünə qadirdirlər.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 723   Tarix: 21 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qalatasaray" - "Fənərbağça" derbisinin baş hakimi bəlli oldu

Türkiyə Superliqasının IX turunda keçiriləcək İstanbul derbisinin baş hakimi müəyyənləşib. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Qalatasaray" və "Fənərbağça" arasında baş tutacaq qarşılaşmanı FIFA referisi Atilla Karaoğla

22 oktyabr
.

İngiltərə klubları Dion-Dreno Belyo ilə maraqlanırlar

İngiltərə klubları Xorvatiyanın "Dinamo" komandasının futbolçusu Dion-Dreno Belyo ilə maraqlanırlar. "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem", "Everton" və "Brentford" 24 yaşlı hücumçunu izləyir. Premyer Liqa təmsilçilər

14 oktyabr
.

Azərbaycanın daha iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın daha iki təmsilçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında medal qazanıb. xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, sərbəst güləşçilərdən Anar Cəfərli (92 kq) və Xetaq Karsanov (125 kq) bürünc mükafata sahib çıxıblar

18 oktyabr
.

AFFA 6 komandaya texniki məğlubiyyət verib

AFFA-nın U-13, U-11 və U-10 liqalarında baş tutmayan və yarımçıq dayandırılan oyunlara görə 6 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. U-13 Liqasında oktyabrın 10-na planlaşdırılan "Gəncə" - "Offside"

16 oktyabr
.

Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların

12 oktyabr
.

Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakıda snuker üzrə Azərbaycan çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Azərbaycan Bilyard Federasiyasının mətbuat xidməti məlumat yayıb. Heydər Əliyev adına İdman-Konsert Kompleksində oktyabrın 31-dən noyabrın 2-dək baş tutacaq üçgünlük yarışın keçirilməsində məqsəd ölkənin ən güclü idmançıların

19 oktyabr
.

UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turuna 9 oyunla yekun vurulacaq. -ın məlumatına görə, "Bavariya" "Arsenal"ı, "Real" isə "Leyptsiq"i sınağa çəkəcək. Həmçinin "Mançester Yunayted" "Komo"nun, "Qalatasaray" isə "Lill"i

21 oktyabr
.

"Sabah" Bakıda ilk ÇL matçına çıxır

"Sabah" Çempionlar Liqasında ilk ev oyununa çıxır. Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiy

13 oktyabr
.

Batrakov "Barselona"ya təklif olunubmuş

1994/95 mövsümündə "Barselona"da çıxış etmiş rusiyalı keçmiş futbolçu və məşqçi İqor Korneyev "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakovu İspaniya klubuna təklif etdiyini bildirib. bu barədə "Matç TV"yə istinadən xəbər verir. Korneyev Kataloniya təmsilçisinin rəhbərliyind

18 oktyabr