Kamil Zeynallı təkcə bu ölkəyə səfər edə bilər - Açıqlama
Fitnes məşqçisi Kamil Zeynallının Moskvanın "Domodedovo" hava limanında saxlanılmasından sonra həyata keçirilən hüquqi prosedurun əsas məqamları məlum olub.
"Qafqazinfo" xəbər verir ki, Moskvanın Domodedovo rayonunun polis idarəsində aparılan araşdırmalar zamanı Kamil Zeynallının heç vaxt Ermənistanda olmaması və bu ölkədə hər hansı qeyri-qanuni əməl törətməməsi müəyyən eilib.
K. Zeynallının vəkili Ələkbər Qarayev saytımıza açıqlamasında Ermənistanın onu 29 sentyabr 2020-ci ildə yayılmış görüntülər əsasında məsuliyyətə cəlb etmək istədiyini bildirib: "Həmin tarixdə Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa verib. Müharibə başlayandan 2 gün sonra K. Zeynallı Azərbaycan ordusunun işğaldan azad etdiyi yerlərdə olub və evlərə daxil olub. Oradan video çəkərək paylaşıb və Ermənistan dövləti həmin vaxt elə düşünürdü və dünyaya belə çatdırmaq istəyirdi ki, bu ərazilər, harada ki müharibə gedir və orada Kamil Zeynallı olub, guya həmin yerlər Ermənistan dövlətinin ərazisidir və orada gedən döyüşlər, keçirilən əməliyyatlar qanunsuzdur. Və Kamil Zeynallının da orada qanunsuz olmasını, onun muzdlu döyüşçü kimi iştirak etməsini qələmə vermişdilər.
Beləliklə, Kamili adam öldürmək, zorlamaq kimi ağıllarına gələn maddələr üzrə ittiham ediblər. Bunlar Ermənistanın göndərdiyi sorğunun materialları arasında var idi və bir vəkil kimi həmin sənədlərlə tanış oldum. Bundan başqa ermənilərin həmin vaxt Kamili axtarışa verərkən heç ağıllarına gəlməzdi ki, vaxt gələcək Azərbaycan öz ərazilərində suverenliyini təmin edəcək, o vaxtdan belə bir sorğu göndəriblər".
Ə.Qarayev əlavə edib ki, Kamil Zeynallı sərbəst buraxılaraq Bakıya qayıtsa da, federal axtarışda olmağa davam edəcək: "Kamil xarici ölkələrdən yalnız Türkiyəyə gedə bilər, başqa ölkələrə səfər etsə, yenidən saxlanıla və ya həbs edilə bilər. Bir məqamı da vurğulayım ki, dünən Kamildən ifadə götürüləndə orada sual verdilər ki, sən Ermənistan ərazisində olmusanmı? Kamil də birmənalı şəkildə cavab verdi ki, heç bir zaman Ermənistan Respublikası ərazisində olmamışam, bu məqam da həlledici rol oynadı".
Qeyd edək ki, dünən Moskvada hava limanında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı 7-8 saat sonra sərbəst buraxılıb və Bakıya qayıdıb.
Ermənistan Respublikası onu ölkənin Cinayət Məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon