Həbsdə olan erməni separatçıları əfv oluna bilərmi? - AÇIQLAMA
"Həmin şəxslərin bağışlanması hüquqi cəhətdən mümkün olsa da, faktiki mümkün deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli həbs olunan erməni separatçılarının məhkəmə hökmündən sonra əfvə düşməsi ehtimalından danışarkən deyib.
Hüquqşünas bildirib ki, Azərbaycan Konstitusiyasına görə, Prezident ölkə məhkəmələri tərəfindən məhkum olunmuş istənilən şəxsi əfv etmək və bağışlamaq hüququna malikdir:
"Bu, Prezidentin müstəsna səlahiyyətinə aid məsələdir. Prezident onu öz mülahizəsinə əsasən, həyata keçirə bilir. Dövlət başçısı adminstrasiyasında bağışlama məsələləri üzrə komissiya fəaliyyət göstərir. Həmin komissiyanın təqdimatı əsasında Prezident bağışlama ilə bağlı səlahiyyətlərini həyata keçirir. Erməni separatçıları da prinsip etibarı ilə Azərbaycan məhkəmələri tərəfindən mühakimə olunduqları üçün onlara da hüquqi cəhətdən əfvin düşməsi mümkündür".
Həmsöhbətimiz qeyd edib ki, onlar bağışlanmaları üçün Azərbaycan Prezidentinə müraciət edə bilərlər:
"Amma hesab edirəm ki, Azərbaycan Prezidenti həmin şəxslərin məsuliyyətə cəlb olunması yolunda göstərilən fəaliyyəti nəzərə alaraq, onların bağışlanmasını həyata keçirməyəcək. Yəni, hüquqi cəhətdən həmin şəxslərin əfvi mümkün olsa da, onlara münasibətdə amnistiyanın tətbiqi qeyri-mümkün hesab olunur. 1994-cü ildə qəbul olunan "Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında" qanuna görə, 1990-cı ilin yanvarın 19-20-də Bakıya sovet qoşunlarının qanunsuz yeridilməsilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımı cinayətlərində, habelə Azərbaycan torpaqlarının erməni silahlıları tərəfindən işğalında təqsirli olan şəxslər barəsində amnistiya aktının tətbiqi qadağan olunur. Amma bağışlanmaq hüquqi tətbiq edilə bilər. Hesab edirəm ki, bu qanunu nəzərə almaqla həmin şəxslərin bağışlanması hüquqi cəhətdən mümkün olsa da, faktiki mümkün deyil".
Qeyd edək ki, separatçılıqda ittiham olunaraq həbs edilən erməni separatçılarının məhkəmə prosesi başa çatmaq üzrədir. Proses artıq son hökmün oxunmasına doğru gedir. Azərbaycan baş prokuroru Kamran Əliyevin açıqlamasına görə, hazırda prokurorluqda son ittihamlar üzərində iş gedir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon