Naxçıvanın muxtariyyəti ləğv edilə bilər? - AÇIQLAMA

Naxçıvanın muxtariyyəti ləğv edilə bilər? - AÇIQLAMA"Konstitusiyada dəyişiklik etmək üçün referendum keçirilməlidir. Referendumsuz belə dəyişikliklər həyata keçirilə bilməz".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, Naxçıvanın muxtariyyətinin ləğvi və ya saxlanılmasına gəlincə, məsələ ciddi şəkildə müzakirə olunmalıdır:

"Bu məsələnin siyasi və hüquqi tərəflərinə baxmalıyıq. Qars müqaviləsinə görə, Naxçıvanın statusu ilə bağlı məsələnin bütün detalları müzakirə edilməlidir. İndiki mərhələdə muxtariyyət statusu Kərki məsələsində üstünlük olaraq təqdim edilə bilər. Onu Azərbaycanın ayrıca anklavı kimi yox, beynəlxalq müqavilədə nəzərdə tutulan ərazi kimi təqdim edə bilərik. Naxçıvanın Qars və Moskva müqavilələrilə təsdiq olunmuş ərazisinin bir parçasının işğal altında olmasını əsas götürüb, ona zəmanət verən dövlətlərlə birlikdə Azərbaycana qaytarılması məsələsi kimi baxa bilərik. Yəni, Azərbaycanın işğalda olan digər anklavlarından fərqli olaraq, Kərki məsələsini spesifik beynəlxalq müqavilənin tərkib hissəsi kimi qiymətləndirmək imkanına sahibik. Məsələyə bu cür baxılsa, indiki mərhələdə muxtariyyətin mövcud olması amilindən istifadə etmək mümkündür".

Deputat sözügedən mövzunun ciddi müzakirələr tələb etdiyini deyir:

"Bu məsələnin bütün hüquqi və siyasi aspektlərinə baxılmalıdır. Konstitusiya dəyişiklikləri bütün hallarda referendumda öz təsdiqini tapmalıdır".

Qeyd edək ki, son zamanlar Naxçıvanın muxtariyyətinin ləğvi məsələsi aktuallaşır. Bəzi ekspertlər hesab edirlər ki, vaxtilə, Naxçıvana yüksək status verməklə Qarabağdakı ermənilərə onlara da belə status verilə biləcəyi mesajı verilirdi. Hazırda isə belə bir problem yoxdur. Qarabağ problemi artıq öz həllini tapıb.

ARAYIŞ: Bölgənin muxtariyyət statusu 1921-ci il Qars müqaviləsi ilə təmin olunur və həmin müqavilə hələ qüvvədədir. Qars müqaviləsi 1921-ci ilin sentyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanıb. Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minib və bitmə müddəti müəyyənləşdirilməyib.

Müqavilənin preambluasında göstərilir ki, bir tərəfdə Ermənistan Sosialist Sovet Respublikası, Azərbaycan Sosialist Sovet Respublikası və Gürcüstan Sosialist Sovet Respublikası hökumətləri, o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlib.

Rusiya, Türkiyə və Zaqafqaziya respublikaları arasında sərhədləri müəyyənləşdirən, ərazi mübahisələrini həll edən həmin müqavilənin 5-ci bəndində belə deyilir: "Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır".

Qars müqaviləsində Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusuna malik olması barədə bənd yer alsa da, həmin sənəddə muxtariyyətin hüdudları barədə heç nə deyilmir. Bununla belə, beynəlxalq hüququn norma və prinsiplərinə görə həmin müqavilə Naxçıvanın muxtariyyətinin birtərəfli qaydada ləğv edilməsinə imkan vermir. Bunun üçün Türkiyənin razılığı və iştirakı olmalıdır. Beynəlxalq hüquqa görə, Qars müqaviləsi Türkiyənin Naxçıvan üzərində qarantor ölkə statusunu təmin edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1022   Tarix: 22 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Texnologiya inkişaf edir, insanlar təşviş keçirir: İşini itirmək qorxusu psixologiyaya necə təsir edir? - PSİXOLOQDAN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi əmək bazarında ciddi dəyişikliklərə yol açmaqla yanaşı, bir çox insanda gələcəklə bağlı narahatlıq yaradır. Xüsusilə gündəlik iş prosesində texnologiyadan istifadə imkanlarının genişlənməsi bəzi şəxslərdə iş yerlərini itirmək qorxusunu gücləndirir

5 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

5 noyabr
.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Bakıda bu avtobuslar YENİLƏNİR

Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 203 nömrəli marşrutun avtobusları yenilənir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, noyabrın 6-dan marşrut üzrə 5 ekoloji təmiz, CNG texnologiyası il

5 noyabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək

Günəşdə nəhəng tac dəliyi yaranıb. Alimlərin proqnozlarına görə, həmin bölgədən kosmosa yayılan sürətli plazma axını Yer kürəsində uzunmüddətli maqnit qasırğalarına səbəb ola bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günə

5 noyabr