Xoşqədəmin verilişində onu axtaran keçmiş arvadını məhkəməyə verdi
Bu ilin yanvarında Səbail Rayon Məhkəməsinə maraqlı müraciət daxil olub.
"Qafqazinfo" xəbər verir ki, məhkəməyə müraciət edən şəxs barəsində Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində həqiqətə uyğun olmayan məlumatın və itkin düşmədiyi halda axtarılması barədə elanların verildiyini bildirib. Şabran rayon sakini olan S.M. bildirib ki, barəsindəki yalan məlumatı keçmiş həyat yoldaşı yayıb və boşanmalarına baxmayaraq ondan acıq çıxmaq üçün fotosunu da götürərək verilişə çıxıb.
O, keçmiş arvadı, 1987-ci il təvəllüdlü G.A.-nın Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında cəzalandırılmasını xahiş edib: "Mən onunla əvvəllər ailəli olmuşam, 2019-cu ildə məhkəmə qaydasında rəsmi boşanmışıq, hazırda birgə yaşamırıq, habelə aramızda hər hansı bir formada münasibət yoxdur. Hazırda başqa qadınla 2-ci ailə həyatı qurmuşam. Bundan əsəbiləşən keçmiş həyat yoldaşım məni biabır edib alçaltmaq və bununla da qisas almaq məqsədilə barəmdə guya xəbərsiz itkin düşməyim və valideynlərim tərəfindən axtarılmağım haqqında qərəzli şəkildə "ARB" kanalında məlumat yayıb.
Haqqımda qəsdən şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan təhqir və böhtan xarakterli yayılan məlumatlar barəsində mənə 2023-cü ilin noyabr ayında televizorda yayımlanan "Səni axtarıram" proqramında aparıcı Xoşqədəm Hidayətqızının "Axtarılır S.M" elanını görən qohumlarım, məni tanıyanlar zəng edərək məlumat verirdilər, bunun nə məsələ olduğunu soruşurdular, mənim barəmdə narahat olurdular. Bundan sonra telefon nömrəsini tapıb Xoşqədəm Hidayətqızına zəng vurdum. Telefona cavab verən köməkçisi bildirdi ki, bu məlumatı, yəni itkin düşməyim və valideynlərim tərəfindən axtarılmağımı onlara keçmiş həyat yoldaşım deyib. Keçmiş arvadım məkirli və qisasçılıq niyyətini həyata keçirmək məqsədilə belə bir addım atıb. Hazırda axtarılmağım barədə elan həmin verilişin yutub kanalında da qalır və izlənməkdədir. Mənim barəmdə insanlar təhqir və böhtanlar yazırlar".
Məhkəmənin gedişində S.M. keçmiş arvadının artıq peşman olduğunu, onunla barışdığını bildirib və şikayətini geri götürüb.
Bir neçə gün əvvəl Səbail Rayon Məhkəməsi xüsusi ittiham qaydasındakı şikayət üzrə qərar verib və şikayətin icraata qəbulundan imtina edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1658 Tarix: 27 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göygöldə 83 yaşlı kişi intihar edib
Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, 1938-ci il təvəllüdlü Göygöl rayonu Xəqani kənd sakini Famil Musayev yaşadığı evdə özünü asaraq intihar edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirmi
25 avqust 2021Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR
Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd
9 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı
Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə
1 sentyabr 2021Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı
Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu
23 avqust 2021Daşkəsəndə 72 yaşlı kişi güllələnib
Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə
31 avqust 2021Qaxda baş verən yanğın məhdudlaşdırılıb
Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfat
25 avqust 2021Qaxda meşəlik ərazidə yanğın BAŞLADI
Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri
25 avqust 2021