Sevgilisi ilə birlikdə həyat yoldaşını döyən həkimin sertifikatı olmayıb - YENİ FAKT

Sevgilisi ilə birlikdə həyat yoldaşını döyən həkimin sertifikatı olmayıb - YENİ FAKTÖtən gün həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərməsi ilə gündəmə gələn həkim-onkoloq İbrahim Əsədli ilə bağlı yeni fakt ortaya çıxıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, sertifikatı olmadan həkim kimi fəaliyyət göstərirmiş.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, İbrahim Novruz oğlu Əsədlinin sertifikasiya müddəti 5 oktyabr 2023-cü ildə bitib:

"Əhalinin sağlamlığının qorunması haqqında" və "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün bu kimi hallar aşkar olunduqda vətəndaşlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət edə bilərlər. Həmçinin, mediada işıqlandırılan məlumatlarda insan həyatı və sağlamlığına təhlükə yaradan faktlar əsasında Analitik Ekspertiza Mərkəzi araşdırmalar apara bilər", - deyə nazirliyin cavabında qeyd olunub.

Qeyd edək ki, İbrahim Əsədli və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə A.Əsədliyə qarşı şiddət göstərib.

Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.

Xatırladaq ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2025   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yanğın təhlükəsi olan mağaza bağlandı - Video

Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında fəaliyyət göstərən topdansatış mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, mağazada aşağıdak

30 aprel
.

10 yaşlı məktəblini dərsə gedərkən it qapdı

Biləsuvar rayonunda məktəbli oğlan sahibsiz itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb. Belə ki, 10 yaşlı Q.Y. məktəbə gedərkən yolda it ona hücum edib. Uşaq ayaq nahiyəsindən xəsarət alıb. Yaralı dərhal rayon xəstəxanasına çatdırılıb, ona zərur

2 aprel
.

Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI

Gəncədə məktəblilər arasında baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub. Bu barədə -ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 29-da Gəncə şəhər 9 nömrəli məktəbin iki şagirdi arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:. "Mübahis

30 aprel
.

"Məni narkomanlarla evdə tək qoyurdular" - Bıçaqlanan ana oğlunu bağışlamadı...

Ötən ilin noyabrında Abşeronun Saray qəsəbəsində anasını 13 bıçaq zərbəsi ilə qətlə yetirməyə çalışan 2001-ci il təvəllüdlü Balaəli Cavadovun məhkəməsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub. Bildirilib ki, hadisə ail

7 may
.

Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər - T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Araşdırmalarla məlum olub ki, onla

11 may
.

Həmin 15 yaşlı məktəbli saxlanıldı

Aprelin 18-i sosial şəbəkələrdə 87 nömrəli tam orta ümumtəhsil məktəbi ilə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, məsələ dərhal nəzarətə götürülərək yayılan iddialar tam və hərtərəfl

21 aprel
.

Bakıda ər-arvad bıçaqlandı - 18 yaşlı övladları tutuldu

Bu gün səhər saatlarında paytaxtın Binəqədi rayonunda ər və arvadı bıçaqlanıb. -a istinadən xəbər verir ki, Biləcəri qəsbəsində yerləşən mənzildə 1971-ci il təvəllüdlü kişiyə və 1978-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla xəsarət yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən, xəsarət alan şəxsləri

2 aprel
.

Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı-Foto

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub. APA-ya istinadən xəbər verir ki, hadisə bu gün "Şuşa şəhərciyi"ndə qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb

1 iyun
.

İlham Haqverdiyev azadlığa buraxıldı

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb. "Report"a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə ela

1 may