UEFA "Qarabağ"a ciddi xəbərdarlıq etdi

UEFA "Qarabağ"a ciddi xəbərdarlıq etdiUEFA "Qarabağ"a ciddi xəbərdarlıq edib.

Qol.az-ın xəbərinə görə, Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Braqa" cavab oyununda azərbaycanlı bloqerlərin qaydalara zidd şəkildə stadiondan çəkilişlər aparması və ümumi çəkiliş qaydalarını pozması UEFA-nın Ağdam təmsilçisinə ciddi xəbərdarlıq etməsinə səbəb olub.

Bu barədə məlumatı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev də təsdiq edib.

O, bəzi bloqerlərin fotoqraf akkreditasiyası alaraq videoçəkilişlər etməsinə görə belə hal yaşandığını söyləyib:

"UEFA-nın sırf meydankənarı, yəni, qapıarxası çəkiliş standartları var. O ərazi yalnız fotoqraflar üçün nəzərdə tutulub. Son oyunlarda belə hal müşahidə etdik ki, bizdən fotoqraf akkreditasiyası alırlar, telefon çəkilişləri, videoçəkilişlər edirlər. UEFA-nın sırf media hüquqlarına sahib şirkətlərlə bağlı çox ciddi yanaşması var. Çəkiliş hüququ sadəcə media hüquqlarına sahib şirkətlərə məxsusdur. Kənar hər hansı bir şəxs, televiziya və ya şirkət oyundan görüntülər çəkib onu yayımlamaq hüququna sahib deyil. Hətta klubun özü belə, 24 saat ərzində sosial şəbəkə hesabında, saytında, televiziyasında belə görüntülər yayımlaya bilməz".

A.Hacıyev söyləyib ki, UEFA məsələ ilə əlaqədar "Qarabağ"a ciddi xəbərdarlıq edib, lakin klub cərimələnməyib:

"Bəzi xəbərdarlıqlar oldu. Bu məsələ var. Digər tərəfdən də fəaliyyətin göstərilməsi ilə də bağlı bəzi problemlər var. Çəkilişlər aparan şəxslər müəyyən ərazidən kənara çıxmamalıdırlar. Onların konkret fəaliyyət ərazisi var. Sırf son matçda onların tez-tez bu ərazini tərk etməkləri, hətta qol anında meydana daxil olmaqları UEFA tərəfindən ciddi qayda pozuntusu kimi qeydə alınıb, bizə bu barədə xəbərdarlıq olunub. İnşallah, cərimələnmərik, UEFA hansısa bir halı nəzərə alar, cərimə etməz. Lakin sırf UEFA tərəfindən "Qarabağ" - "Braqa" oyununa təyin olunmuş nümayəndələr matçdan sonra bizə ciddi xəbərdarlıq etdilər. Bu halın təkrarlanmaması ilə əlaqədar ciddi xəbərdarlıqlar oldu".

A.Hacıyev qeyd edib ki, Avroliqanın 1/8 final mərhələsində "Bayer"ə qarşı keçirəcəkləri ev oyunu üçün akkreditasiya məsələlərinə daha diqqətli və ciddi yanaşacaqlar:

"Budəfəki akkreditasiya dövründə bu məsələləri nəzərə alacağıq. Yalnız işini ciddi görən, sırf iş prosesimizə mane olmayan media nümayəndələrinə akkreditasiya verəcəyik".

Qeyd edək ki, "Qarabağ" "Braqa"nı iki oyunun cəmində məğlub edərək (ilk matç - 4:2, cavab oyunu - 2:3) Avropa Liqasının 1/8 final mərhələsinə adlayıb. Komanda bu mərhələdə "Bayer"lə qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşünü martın 7-də Bakıda, cavab oyununu isə martın 14-də Leverkuzendə keçirəcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1180   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib

Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə

12 oktyabr
.

"Barselona"nın futbolçusu Xavi Espart Ramosun rekordunu qıraraq tarixi nailiyyətə imza atıb

İspaniyanın "Barselona" klubunun futbolçusu Xavi Espart tarixi nailiyyətə imza atıb. xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisi buna Fransada PSJ-yə uduzduqları (2:4) UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin II turunun oyununda fərqlənməklə nail olub. Kataloniya təmsilçisinin yetirməs

21 oktyabr
.

"Sabah" - "Qarabağ" matçının hakimi açıqlandı

Misli Premyer Liqasında 9-cu turun təyinatları müəyyənləşib. "Qafqazinfo" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılşaması sayılan "Sabah" - "Qarabağ" matçı Rəşad Əhmədova tapşırılıb. Misli Premyer Liqası. I dövrə, IX tur. 23 oktyabr. 15:00. "Araz-Naxçıvan"

22 oktyabr
.

Güləşçimizdən DÇ-də gümüş medal

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç

14 oktyabr
.

"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq

"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu

17 oktyabr
.

"Neftçi" 700-cü qolunu "Qarabağ"a vurdu

"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub. Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bu, Misli Premyer Liqasının VII turunda gerçəkləşib. "Qarabağ"la qarşılaşmada (3:3) ikinci qola imza atan Qustavo Klisman yubile

19 oktyabr
.

"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l

16 oktyabr
.

Danimarka millisinin sabiq baş məşqçisi Bu Yuhansson vəfat edib

Danimarka yığmasının sabiq baş məşqçisi Bu Yuhansson 84 yaşında vəfat edib. xəbər verir ki, bu barədə isveçli mütəxəssisin ailəsi məlumat yayıb. B.Yuhansson 1996-200-ci illərdə Danimarka millisinə rəhbərlik edib. Komanda onun rəhbərliyi altında 1998-ci ildə Fransada keçirilən dünya çempionatında 1/

15 oktyabr
.

Alfaco Sisse avrokuboklarda het-trik edən ən gənc italiyalı futbolçu olub

İtaliyanın "Milan" klubunun yarımmüdafiəçisi Alfaco Sisse avrokubok matçında het-trik edən ən gənc italiyalı futbolçu olub. "Report" "Opta"ya istinadən xəbər verir ki, o bunu UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda, "Zaltsburq"a qarşı matçda (4:0) reallaşdırıb

16 oktyabr