Könüllü cinsi münasibətdə olma yaşı 16-dan 18-ə QALDIRILMALIDIR! - ARAŞDIRMA

Könüllü cinsi münasibətdə olma yaşı 16-dan 18-ə QALDIRILMALIDIR! - ARAŞDIRMASon zamanlarda Azərbaycanda yetkinlik yaşına çatmayan qızların nikaha daxil olma halları artıb. Bunu baş verən hadisələrdən aydın şəkildə göstərmək olar. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasənn nikah yaşı 18, istisna hallarda isə 17 yaşdır. Bundan başqa, qanunverilikdə belə bir qayda var ki, 16 yaşı tamam olmuş şəxslər zorakılıq yoxdursa, şəxsin razılığı daxilində tərəflər cinsi münasibətə daxil ola bilər. Bu da övladını erkən yaşda evləndirən ailələrə şərait yaradır, bununla da ekən nikahların sayı artır. Nikahları olmasa belə yetkinlik yaşına çatmayan şəxslər uşaq dünyaya gedir. Mövcud artımın qarşısını almaq üçün qanunvercilikdə hansı dəyişikliklər edilməlidir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov və hüquqşünas Ələsgər Məmmədli Sonxeber.az-a açıqlama verib. Deputat Müşviq Cəfərovun sözlərinə görə, bu gün erkən ailə quran və ya ailə qurmağa məcbur edilən yeniyetmələrin, xüsusilə qızların sayı durmadan artıb. Belə ki bu tip məsələlərə xüsusi həssaslıq nümayiş etdirən şəxslərin də sayının artması sevindirici haldır:
Könüllü cinsi münasibətdə olma yaşı 16-dan 18-ə QALDIRILMALIDIR! - ARAŞDIRMA"Mən deyərdim ki, ictimai nəzarətin artması bu halların qarşısının alınmasına vəsilə olur. Əslində 18 yaşından aşağı bir şəxsin ailə qurması cəmiyyətimizdə bir çox mənfi halların artmasına gətirib çıxardır. Öz məsuliyyətini hələ dərk etməyən şəxs ailə qurub övlad sahibi olur. Təəssüf ki, bu tip ailələrin əksəriyyətinin də ömrü elə uzun olmur. Dövlətin və aidiyyatı qurumların bu məsələlərə diqqət və nəzarətinin artması, valideynlərlə, yeniyetmələrlə maarifləndirici söhbətlərin mütəmadi davam etməsi zəruridir. Çünki burada söhbət bir və ya bir neçə ailədən getmir, bu ailələr cəmiyyətin üzvüdür və onların məsuliyyət və öhtəlik anlayışı ilə tanış olmadan ailə həyatı qurmaları bütöv bir cəmiyyətdə problemlər yaradır. İndiki dövrdə texnologiyanın inkişafının sürətlənməsi isə cəmiyyətdə baş verən kiçik bir mənfi hal belə demək olar ki, bütün insanları əhatə edəcək səviyyədədir. Bu günlərdə şadlıq evlərində də toyu olanların şəxsiyyət vəsiqəsi tələbi də nümunəvi qərarlardandır. Düşünürəm ki, gənclər təhsilə yönəlməlidir, erkən nigahın isə əksər hallarda qurbanı qızlar olur. Doğrudur, bəzən olur ki, bu erkən qeyri-rəsmi nigah azyaşlının öz istəyilə baş tutur. Lakin burada da ailənin ata-ananın mövqeyi vacibdir. Çünki bütün fərdlər 18 yaşına kimi valideyn himayəsi altındadır. Hətta mən deyərdim ki, valideyn də, azyaşlı da razı olduğu halda belə qanunvericiliyin tələbinə uyğun olaraq nigaha icazə verilməməlidir. Bəzən bunu demokratiya, insan azadlıqları və hüquqlarının məhdudlaşdırılması kimi qələmə verirlər, lakin bu təhsil hüququnun məhdudlaşdırılmasıdır, 16-17 yaşlı yeniyetmə məktəbdə olmalıdır".

Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, bu mövzu çox narahatedicidir və ciddi müzakirəyə ehtiyacı var. Çünki son statistikalar onu göstərir ki, 18 yaşı tamam olmayan, Azərbaycanda ana olan 2 mindən çox gənc var:
Könüllü cinsi münasibətdə olma yaşı 16-dan 18-ə QALDIRILMALIDIR! - ARAŞDIRMA"Bu da onu göstərir ki, 18 yaşı tamam olmamış rəsmi olmayan, dini nikaha daxil olan şəxslər dünyaya gətirir. Özü uşaq olan şəxslər uşaq dünyaya gətirir. Bununla bağlı konkret olaraq zəruri addımlar atılmalıdır. Mövcud qanunvericilikdə 18 yaş nikah yaşıdır. İstisna hallarda qadınlar 17 yaşında deməli nikaha girməyə icazə verilir. Təbii ki, bu istisna haldır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən belə hallara rast gəlinir. İl ərzində belə istisna kimi 17 yaşında nikaha girmə icazəsi 300-350 arasıdır. Son statistikalar bunu göstərir. Bununla yanaşı, uşaq yaşında ana olanların sayı artmaqdadır. Əlbəttə 18 yaşı olmamış ana olan o deməkdir ki, 17 yaşı tamam olmayıb ya ailə qurur, ya da hansısa formada bərabərlikdən uşaq dünyaya gətirib".

Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə bu baxımdan bir balaca boşluq var. Aydındır ki, zor tətbiq etməklə bağlı, çoxlu maddələr var. Yəni şəxsin icazəsi olmadan, azyaşlı olsa yaxud olmasa belə ona cinsi xarakterli hərəkətlər və zorakılığa məruz qalma kimi hallar cinayət məsuliyyəti yaradır:

"Əgər bu şəxs yetkinlik yaşına çatmayana qarşı törədilirsə, Cinayət Məcəlləsinin 149-cu, 150-ci və 152 maddəsi ilə məsuliyyətlər müəyyən edir. 152 maddədə 16 yaşına çatmayan şəxslə, onun istəyi olsa belə bu əməlin cinayət məsuliyyəti yaratdığı deyilir. 16 yaşından aşağı cinsi münasibət baş verirsə, zorakılıq olmasa belə məsuliyyət yaradır. Baxın artıq burada bir boşluq yaranır. 16 yaşdan 18 yaşa qədər yaxud 18 yaşdan sonra şəxsin öz istəyilə cinsi əlaqədə olması hüquqi məsuliyyət yaratmır. Bu da ciddi şəkildə bugünkü tablonu ortaya çıxarır. Yetkinlik yaşına çatmayan şəxsə ailəsi zorlamadan hansısa formada, nikaha məcbur ermədən əgər cinsi münasibət halı baş verirsə ortada hüquqi problem olmur. Yəni hüquq burada cəzalandırmır. Amma o biri tərəfdən azyaşlı bir uşaq ana olur. Bu da hüquqdaki əsas boşluqdur. Çünki biz 176-1-ci maddəni Cinayət Məcəlləsinə gətirmişik. Belə ki qadını nikaha məcburetmə maddəsidir. Bu o deməkdir ki, yaşından asılı olmayaraq, qadınlara qarşı ailəsi yaxud başqa biri tərəfindən məcburetmə hüquqi məsuliyyət yaradacaq. Burada yetkinlik yaşına çatmayan şəxslərə qarşı bu əməl törədilirsə, 149.2-1.1 də bu artıq daha yüksək məsuliyyət yaradır. Amma maraqlısı budur ki, ortada məcburetmə faktı olmalıdır. Məcburetmə yoxdursa, hansısa formada azyaşlılar özləri bunu heç ailəsi olmadan bu bərabərliyə gediblərsə o zaman artıq fərqli bir münasibət çıxır. Hüquqi məsuliyyət yaranmır və eyni zamanda nəticə olur".

Ələsgər Məmmədli deyib ki, 152-ci maddə- hansı ki, 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma maddəsini qanunvericilikdə dəyişməliyik:

"Rəsmi nikah yaşından erkən olan çərçivədə buna hüquqi münasibət gətirmək lazımdır. Çünki rəsmi nikah yaşı 18, istisna halda 17-dir. Demək ki, ondan erkən olan bütün cinsi münasibət zorlama faktı olmalıdır. Şəxsin burada razılığı isə nəzərə alınmamalıdır. Mahiyyət etibarilə əgər 152 maddə ilə 16 yaşına çatmayan şəxslə sözünü ən azından 17-18 yaşa çıxarmaq ən azından bu boşluğu aradan qaldıra bilər. Hadisələrdə razılıq yaxud zorakılıq nəzərdə tutulmadan hüquqi məsuliyyət yaratmalıdır. Ən azından bu ailələri, valideynləri çəkindirə bilər. Azyaşlı anaların dünyaya gətirdiyi uşaqlar travmalar yaradır. Bu gün uşaq yaşda ana olan şəxslər cəmiyyətdə yaşadığımız problemlərin çoxunun bazası rolu oynayır. Dolayısıyla hüquq bəzən qoruma xarakterli olaraq çəkindirici olmaldır. Buradan belə nəticə çıxır ki, bu qanun qüvvəyə minərsə 16 yaş daxil olmaqla onunla cinsi əlaqəyə girən şəxs cinayət məsuliyyətinə cəlb olunacaq. Əslində 17 yaşda olan istisna halı belə doğru hesab etmirəm. Birmənalı şəkildə, istisna hal olmadan 18 yaşa qaldırmalıyıq. Bu artıq bir şərt və tələb olmalıdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5896   Tarix: 29 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr