Azərbaycanda 5 nəfər bu səbəbdən azadlığa buraxılıb
Keçən il 5 nəfər Xüsusi Həkim Ekspert Komissiyasının rəyi əsasında ağır xəstəliyə görə azadlığa buraxılıb.
"Qafqazinfo" xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunub ki, il ərzində məhkumların əmək hüquqlarının təmini ilə bağlı Ombudsmanın təklifləri nəzərə alınaraq, ictimai faydalı əməyə cəlb olunmuş məhkumların sayı 2,7% artıb. Bununla da say 4.802 nəfər olub, eyni zamanda penitensiar müəssisələrdə 40 yeni iş yeri yaradılıb.
Bildirilib ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məsələlər üzrə Ombudsmanın əvvəlki illərdə olduğu kimi, ötən il də təklifləri nəzərə alınaraq, 4204 nəfər cəzadan şərti olaraq vaxtından əvvəl azad olunub, 72 nəfər məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilib, 5 nəfər Xüsusi Həkim Ekspert Komissiyasının rəyi əsasında ağır xəstəliyə görə azadlığa buraxılıb.
Həmçinin, ötən il alternativ qətimkan tədbirləri tətbiq edilərək, 1500-dən çox həbs edilmiş şəxs barəsində qətimkan tədbiri digər qətimkan tədbirləri ilə əvəz edilib və ya qanunvericilikdə nəzərdə tutulmuş başqa əsaslarla həbsdən azad ediliblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 908 Tarix: 29 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrAnar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabr