"Ermənistan qeyri-şərtsiz hərbiçimizi bizə geri qaytarmalıdır" - DEPUTAT
Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb. Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə - sərhədi qanunsuz keçmək, silah gəzdirmək və s. ilə ittiham olunur.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, ermənilər hərbçilərimizə qarşı bir neçə dəfə cinayət işi açıb, qanunsuz məhkəmələr keçirsələr də dövlətimiz öz vətəndaşını geri qaytarıb:
"Azərbaycan dövləti heç bir zaman vətəndaşını darda qoymayıb. Bu dəfə qoymayacaq. Ermənistan qeyri-şərtsiz və dərhal hərbiçimizi bizə qaytarmalıdır.
"Dəfələrlə Ermənistandan Azərbaycan tərəfinə keçən erməni hərbiçiləri olub. Amma Azərbaycan heç vaxt manipulyasiyaya əl atmayıb. Dünən yolunu azaraq qarşı tərəfə keçən əsgərimiz ilə bağlı Ermənistan mediasında hansısa cinayət işi qaldırılması Ermənistanın növbəti dəfə işğalçı dövlət olduğunu sübut edir. Hesab edirəm ki, Ermənistan dərhal yolunu azan hərbiçimizi təhvil verməlidir. Çünki ermənilərin necə vandal və vəhşi millət olduğunu və orada əsgərimizi dəhşətli işgəncələrin gözlədiyini yaxşı bilirik. Bilirsiniz ki, ötən ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azan Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü. Elə həmin dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirildi. Bundan bundan başqa bilirsiniz ki, Ali Baş Komandan İlham Əliyev ən ağır şərtlər daxilində Ramil Səfərovun ekstradisiyanı həyata keçirdi. Eləcə də Şəhid Mübariz İbrahimovun nəşini. Əminəm ki, tezliklə bu hərbçimiz də vəhşi ermənilərin əlindən xilas edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon