Sərhəddə xidmət edən əsgərlərimizə simsiz telefon və GPS sistemindən istifadəyə icazə verilməlidir! - TƏKLİF

Sərhəddə xidmət edən əsgərlərimizə simsiz telefon və GPS sistemindən istifadəyə icazə verilməlidir! - TƏKLİFXəbər verdiyimiz kimi, fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov Ermənistan tərəfinə əsir düşüb. Ermənistan İstintaq Komitəsi fevralın 28-də səhər saatlarında Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində itmiş Azərbaycan ordusunun əsgəri Ruslan Pənahov barəsində cinayət işi açıb. Bəs Azərbaycanda sərhəddə xidmət çəkən əsgərlərin azmaması üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı, hüquqşünas Ələsgər Məmmədli Sonxeber.az-a açıqlamasında bildirib ki, həqiqi hərbi xidmətdə olan bir əsgərin ilk növbədə komandir heyəti müəyyən qədər məsuliyyət daşıyır:

"Belə ki, onun tapşırıqları yerinə yetirmək, əraziləri tanımaq, xəritə işləmək, ekstremal situasiyalarda davranış qaydaları ilə bağlı kifayət qədər təlim keçirilməyib. Bu artıq neçənci haldır ki, bizim əsgərlərimiz arasında baş verir. Onlar ərazini bilmədikləri üçün qarşı tərəfə keçə bilirlər. Hava şəraiti nə olursa olsun ən azından günümüzün texnoloji imkanları baxımından GPS sistemindən bu tip ərazilərdə əsgərlər tərəfindən istifadəsinə icazə verilməlidir. Çünki adicə mobil telefonlarda belə, internet olmadığı halda konkret olaraq xəritədən istifadə mümkündür. Bu baxımdan sərhəd bölgəsində xidmət edənlərin SİM kartı olmasa belə telefon imkanları olmaldır. Bu baxımdan əsgərlərimizin azmaması üçün onlar texniki vasitə ilə təmin edilməlidir. Bu artır ikinci dəfədir ki, Ermənistan bu maddələr ilə hərbçimizi ittiham edir. Cinayət Məcəlləsinin bu maddələrinin irəli sürülməsi əsasən Ermənistanın bazar xarakterli siyasətidir. Dağın başında bölgədə əsgərimizin "əməliyyat" keçməsi gülünc yanaşmadır. Bu baxımdan hesab edirəm ki, uzun çəkmədən hazırda XİN başçılarının görüşü davam edən Almaniyada bu tip məsələ öz həllini tapmalıdır. Qısa müddətdə əsgərimiz qaytarılmalıdır".

Xatırladaq ki, təxribata,Ermənista tərəfi başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə , milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd , qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə,maddələrini ilə Ruslan Pənahova cinayət işi açıb.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5172   Tarix: 29 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr