İcazəsiz postu tərk edən əsgərləri hansı CƏZA GÖZLƏYİR? - AÇIQLAMA
Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Eyni zamanda, əsgərimiz Ermənistan hərbçiləri tərəfindən saxlanılaraq barəsində cinayət işi açılıb.Əvvəllərdə belə bir hal yaşanıb. Bəs postu qanunsuz tərk edən əsgərləri hansı cəza gözləyir?
Mövzu ilə bağlı hərbi ekspert İbrahim Rüstəmli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, qanunsuz şəkildə, komandirin icazəsi olmadan postu tərk edən əsgəri ağır cəza gözləyir:
"Hətta ona tapşırılmış silah ilə birlikdə düşmən tərəfə keçən əsgər " Vətənə xəyanət" maddəsi ilə ittiham olunur. Hərbi qulluqçular vətənə sədaqətlə xidmət edəcəklərinə dair and içirlər. Əsgərin incidilməsi, təhqir və təhdid olunması ona postu tərk edib, düşmən tərəfə keçməsinə haqq vermir. Faktiki olaraq bu addım ilə əsgər dövlətinə xəyanət etmiş olur. Bəzən əsgər döyüş tapşırığını yerinə yetirərkən əlverişsiz hava şəraitinə görə yolunu itirə bilər. Bu baxımdan onu qanun ilə heç bir cəza gözləmir. Əsgərin döyüş tapşırığını yerinə yetirərkən yolunu itirməsi mümkündür. Belə ki, əsgərin hansı şəraitdə yolunu itirməsi araşdırılır. Əgər əsgər qabaqcadan planlaşdırılmış hərəkət trayektoriyası ilə yolu azırsa bu başqadır. Burada əsgərdən daha çox onun komandirlərin məsuliyyət daşıyır. Çünki komandir əsgərini nəzarət altında saxlamalıdır. İldə 4 dəfə çağırış olur və kontingent tez-tez dəyişir. Bu zaman yerli şəraitə adaptasiya prosesində müəyyən problemlər olur. Müddətdən artıq xidmət edən hərbi qulluqçular peşəkar əsgərlərdir. Fevralın 28-də Laçın rayonu ərazisində əlverişsiz hava şəraitinə görə Azərbaycan əsgəri Ermənistan hərbçiləri tərəfindən saxlanılıb. Əsgərimiz haqqında əsassız ittihamlar ilə cinayət işi açılıb. İrəli sürülən ittihamlar sözün əsl mənasında gülüncdür".
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu barəsində Ermənistan tərəfi başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə , milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd , qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, maddələri ilə cinayət işi açıb.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Keçmiş nazirin oğluna vəzifə verildi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Sabah leysan olacaq, qar yağacaq
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon