Alim Qasımovla Natiq Şirinovun təəccübləndirən toy qiyməti
Xalq artisti Natiq Şirinovun rəhbəri olduğu "Natiq" ritm qrupunun toy qiymətləri təəccübləndirib.
Axşam.az-ın məlumatına görə, son günlər musiqiçi sosial şəbəkədə qrupu ilə toy xidmətləri yer alan paylaşımlar edib. O, Xalq artisti Alim Qasımovla birlikdə toya getdiklərini vurğulayıb.
N.Şirinovun təqdim etdiyi qiymətlər isə dodaq uçuqladır. Belə ki, qonorar 1500 manatla 45 min manat arasında dəyişir.
N.Şirinov toyda açılış və aş gətirmə mərasimində yer alırsa, 15 nəfərlik musiqiçi ilə 10 min manat tələb edir. Əgər gəlingötürdü, açılış, aşgətirdi və yallı istəyirsinizsə 25 min manat ödəməlisiniz. Qavaldaşı arzulayanlar 17 min manat ödəməlidir.
Məclisdə Alim Qasımov yer alarsa, bu qiymət 30 min manata yüksəlir. Qrupun "Premium paket" adlandırdığı xidmət isə 45 min manatdır. Buna isə gəlingötürdü, N.Şirinov və A.Qasımovun yer aldığı açılış mərasimi, aşgətirdi və yallı daxildir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1226 Tarix: 29 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrAnar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabr