Taksi sürücüsü sükan arxasında niyə yuxulayıb? - VİDEO
Ani diqqətsizlik bəzən faciəyə yol açır. Xüsusilə sükan arxasında sürücünün bir anda yuxulaması ağır qəzalara səbəb olur. Bu səbəbdən yorğun və yuxusuz halda sükan arxasına keçmək son dərəcə təhlükəli hesab edilir. Bunu nəzərə almayan sürücü həm öz həyatını həm də digər sürücü, sərnişin və piyadaların həyatını təhlükəyə atır. Sükan arxasında yatan, hətta xoruldayan sürücünün görüntüləri isə bu məqamda xüsusi diqqət çəkir.
Sözügedən görüntülər sərnişin tərəfindən çəkilib. Kadrlardan görünür ki, sükan arxasında yuxulayır. Bu ilk dəfə deyil ki, belə hallar baş verir. Şirkət taksiləri istirahət etmədən günün 12-14 saatını , bəzən isə səhərə qədər avtomobil idarə edirlər. Nəticədə avtomobilə nəzarət itir və ağır qəzalar baş verir.
Sonxeber.az xəbər verir ki, taksi sürücüləri "ATV Xəbər"ə açıqlama verib. Onlar işlədikləri taksi şirkətlərini günahlandırırlar:
"Günahkar burada kimdir? Bunun səbəbi sadəcə şirkətdir. İnsanıq biz. Bu qədər saat sükan arxasında əyləşib, avtomobil idarə etmək ilə beyin yorulur. Bu baxımdan uzağı 8-9 saatdan artıq işləmək olmaz"
Ekspertlər deyir ki, bu səbəbin yaranmasına səbəb taksi şirkətlərinə dövlət nəzarətinin olmamasıdır. Bunun üçün isə sistem yaradılmalı və taksi sürücüləri izlənməlidir. Beləliklə sürücülərin neçə saat işlədikləri məlum olacaq və bu kimi hallar baş verməyəcək.
Ətraflı "ATV Xəbər"in süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 760 Tarix: 01 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrAnar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabr