"Əxlaq polisi olan ölkələrdə əxlaqsızlıq daha çoxdur" - VİDEO
Məlum olduğu kimi ölkə gündəmini erkən nikah hallarının artması, insanların sosial şəbəkələrdə qeyri-etik davranışları və məktəblilər arasında baş verən xoşagəlməz hallar formalaşdırır. Problemin həlli yolunu axtaranlar isə sosial şəbəkələrdə əxlaq polisinin yaradılması ilə bağlı çağırışlar edirlər. Azərbaycanda isə əxlaq polisinin yaradılmasını istəyənlərdə var, istəməyənlər də.
Sonxeber.az xəbər verir ki, sosioloq Üzeyir Şəfiyev "Apa TV"yə açıqlama verib. Onun sözlərinə əxlaqa zidd davranışlar Azərbaycanda əxlaq polisinin yaradılmasına əsas vermir:
"Bizim cəmiyyət sosial xarakter etibarilə sağlamdır. Davranışlar üzərində ictimai nəzarət var. Hansısa bir hüquqa və əxlaqa zidd davranış institusional islahatların keçirilməsinə əsas vermir. Bəzi ölkələrdə əxlaq polisi deyilən bölmə fəaliyyət göstərir. Əxlaq polisi hər bir fərdin daxilində olmalıdır".
Hüquqşünas Şamil Paşayev deyir ki, əxlaq hər hansısa hüquq-mühafizə orqanları tərəfindən qorunan biləcək bir anlayış deyil:
" Azərbaycan əxlaq polisi yaradılacaq bir ölkə deyil. Biz roman-german hüquq sisteminə malik ölkəyik. Biz qanunvericiliyimizi dünya standartlarına uyğunlaşdıran ölkəyik. Əxlaq polisi olan ölkələrdə əxlaqsızlıq daha çoxdur".
Ətraflı "Apa TV"nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1049 Tarix: 01 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrAnar Rzayevə ağır itki
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib
5 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabr