"Naxçıvan" Universitetindən məzun olan tələbələrin DİPLOMLARI TANINACAQ? - AÇIQLAMA

"Naxçıvan" Universitetindən məzun olan tələbələrin DİPLOMLARI TANINACAQ? - AÇIQLAMAXəbər verdiyimiz kimi, "Naxçıvan" Universiteti fəaliyyətini dayandıracaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev APA-nın sualına cavabında bildirib. Bəs Naxçıvan Universitetindən məzun olan tələbələrin diplomları tanınacaq?

Mövzu ilə bağlı, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Naxçıvan Universiteti 1999-cu ildə yaranmış bir universitetdir. Universitetdə çalışan işçilərin və onların elmi dərəcələrinə baxsaq görərik ki, heç də Bakıdakı universitetlərdən zəif deyil:

"Naxçıvan Universitetində 4 elmlər doktoru və 20 nəfər fəlsəfə doktoru, dosentlər var. Universitetin tələbə sayı və kontingenti kifayət qədər yaxşıdır. Universitetdə 4 fakültə və 10 dənə kafedra var. Naxçıvan Universitetində 25 ixtisas üzrə 1400-dən çox bakalavr var. Naxçıvan Universiteti kifayət qədər potensiala malik olan universitetdir. Burada tələbələrin 95 faizi məzun ola bilir. Kifayət qədər beynəlxalq layihələrdə iştirak edə bilirlər. Sadəcə olaraq son illər ərzində, 2 - ci qrupu seçənlər arasında azalmalar var idi. Naxçıvan Universiteti "Erasmus" proqramında iştirak edən universitetlər sırasında idi. Universitetin təsisçiləri belə bir qərar qəbul ediblər ki, fəaliyyətini dayandırması ilə bağlı addım atsınlar. Universitet bağlansa belə oradakı tələbələr Naxçıvanda və digər yaxın ərazilərdə öz ixtisasları üzrə köçürüləcək. Naxçıvan Universitetinin elektron universitet portalı var. Bakıda dövlət universitetlər arasında elədi var ki, elektron universitet yoxdur. Əgər konkret olaraq universitetin fəaliyyətini dayandırılması ilə bağlı qərar qəbul edilərsə, burada tələbələr üçün heç bir problem yoxdur. Universitetdən məzun olacaq olan tələbələrin diplomları tanınacaq. Çünki universitetin bağlanması onun diplomunun tanınmaması demək deyil. Çünki həmin diplomlar kifayət qədər hüquqi əsasa malikdir".

Xatırladaq ki, məzunlar diplomlarını "Naxçıvan" Universitetinin məzunu olaraq alacaqlar. Aşağı kursda oxuyan tələbələr isə digər ali təhsil müəssisələrinə köçürüləcək.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1707   Tarix: 01 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr