Erməni ilə evlənən, dilənən azərbaycanlı milyonçu…

Erməni ilə evlənən, dilənən azərbaycanlı milyonçu…SSRİ-nin çöküşü ərəfəsində ilk dəfə o, bütün dünyaya milyonçu olduğunu açıqladı. 1989-cu ildə azərbaycanlı Cənnət Əliyev SSRİ-nin ilk rəsmi milyonçusu elan edildi.

Sərvətindən əlavə həyat tərzi, düşüncələri ilə də diqqət çəkən Cənnət Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayonunda anadan olub. Atasını hələ uşaqkən, doqquz yaşında itirən milyonçu Məhəmməd Füzuli adına Ordubad İnternat Məktəbində böyüyüb.

Milyonçu olandan sonra uşaqlıq xatirələrini danışan Cənnət Əliyev demişdi: "Mənim orada ən böyük arzum doyunca yemək olub. Bəzən pəncərədən düşüb çörək oğurladığıma görə dəfələrlə döyülmüşəm".

Naxçıvan Dövlət Pedaqoji İnstitutunda təhsil alan Cənnət Əliyev daha sonra Xalq Təsərrüfatı İnstitutunu və Sverdlovsk Dövlət Universitetinin Hüquq fakültəsini də bitirir.

1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovsk və digər əyalətlərdə polis orqanlarında işləsə də, haqsızlığa qarşı çıxdığı üçün işdən azad olunur.

Cənnət Əliyevin ilk ticarəti isə Naxçıvandan Bakıya bitki otları gətirməklə başlayır. Əlavə olaraq, asfalt zavodlarına lazımlı materialları da Rusiya və Ukraynadan gətirir.

Nəhayət, 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda "Təbriz" kooperativini qurur və məşhurlaşır.

O özünün necə milyonçu olmağı ilə bağlı qəribə söhbətlər də danışırdı.

1986-cı ildə Sverdlovska qayıtdığını deyən Cənnət Əliyev şəhərin dilənçilərinə qoşularaq, dilənçilik etdiyini demişdi. Üstəlik, bir neçə ay vağzallarda gecələyir. Biznesin nə olduğu bilinməyən dövrlərdə ixtisasca iqtisadçı olan Cənnət Əliyev "Təbriz" adlı kooperativ qurmaqla, qısa zaman ərzində ölü pulları, ölü kapitalı, ölü istedadları və ölü zamanları diriltməklə milyonçuya çevrilir.

Əslində, Cənnət Əliyevin bu vəziyyəti SSRİ ideologiyasına da tamamilə zidd idi ki, bu da hay-küyə səbəb olmuşdu. Kommunizm ideologiyasında kiminsə milyonçu olması həm də elə bu ideologiyanın çöküşü demək idi.

Necə olurdu ki, vağzalda dilənən, yatan bir adam bir anın içində milyonların sahibi olsun?

Baxmayaraq ki, milyonçu idi, Cənnət Əliyevin həyatı heç də gözəl keçmirdi. O, 20 Yanvar faciəsində gülləbarana düşür və bu hadisəyə görə növbəti psixoloji zədələr alır.

Sərvətindən əlavə fikirləri ilə də diqqət çəkən Cənnət Əliyev bir neçə dəfə dinini dəyişir. Əvvəlcə xristianlığı qəbul edir, sonra da krişnalığa sitayiş etməyə başlayır.

"Başımı qırxdırıb monax oldum. 13 ay gecə-gündüz bu fəlsəfəni öyrəndim, öyrəndiklərimi insanlara yaydım, 11 otaqdan ibarət ikimərtəbəli imarətimi (Bakıda yerləşirdi - red.) onlara ibadətgah verdim, 3 avtomobilimi bağışladım", - deyən Cənnət Əliyevi həmin dövrlərdə dəli də hesab edirdilər.

Cənnət Əliyev sonradan islama qayıdır, "son qalasını" – yaşadığı evi sataraq, 12 metrlik "Zülfüqar" qılıncını hazırladır, Azərbaycan Ordusuna bağışlayır.

Sonralar isə paranormal hadisələri araşdırmağa başlayır. Hətta 2001-ci ildə parapsixoloq diplomu da alır. Uçan Naməlum Obyektlər (UNO) görmüş insanlarla görüşür və özü də 2005-ci ildə Sverdlovskda UNO ilə rastlaşdığını elan edir.

Bir çox cəhətləri ilə fərqlənməyi bacaran Cənnət Əliyev eyni zamanda bəstəkar kimi də fəaliyyət göstərib. 1989-cu ildə "Təbriz" musiqi qrupunu yaradır. Cənnət Əliyevin bütövlük sevdalısı idi, Cənubla Şimalın birləşməsi arzusuydu.

12 mahnıdan ibarət "Tənha yolçu" albomu 1997-ci ildə işıq üzü görmüşdü.

Xeyriyyəçiliklə də tanınan Cənnət Əliyev bir müddət öz mənəvi rahatlığını vəhşi heyvanlar saxlamaqda, kəndir üzərində gəzməkdə də axtarıb.

İki dəfə evli olan Cənnət Əliyev birinci həyat yoldaşının vəfatından sonra erməni qızı ilə evlənmişdi. Amma ermənilərin Qarabağa iddiası başlayan kimi erməni qızını boşamışdı.

Cənnət Əliyev məşəqqətli milyonçu həyatında həbsxanaya da salınır, müflisləşəndən sonra dəlixanada da müalicə olunur. Onun sayəsində məşhurlaşan müğənni Vüqar Yusubov demişdi:

"Cənnət Əliyev yastığın içinə yüz dollarları doldurub yatırmış. O qədər pis vəziyyətə düşür ki, pulu heç kimə etibar etmirmiş. Sonradan Binə qəsəbəsində balaca bir həyət evində yaşayırdı. Vaxtilə pulu başından aşan adamın siqaretini də dost-tanış alırdı".

Cənnət Əliyev müflisləşməsini mafioz qruplar tərəfindən qarət olunması ilə izah edib. Daha sonra isə onun fəaliyyətində yoxlamalar aparılıb və nəticədə Cənnət Əliyev həbs olunub. O, həbsi barədə danışarkən bildirib ki, yoxlamalar icazəsiz aparılıb və əsassız səbəblərlə tutulub.

Yüksək təzyiq ilə ağciyər damarı partlayan Cənnət Əliyev 30 oktyabr 2014-cü ildə Bakıda vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2206   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

"Falçı dedi ki, ağ yox, sarı qızıl verməlisən" - 360 min manatını itirən qadın danışdı

Himayəsində olan 15 yaşlı bacısı oğlu Ü.M-ə işgəncələr verərək xəsarətlər yetirməkdə təqsirləndirilən Günay Novruzova barəsində cinayət işi üzrə məhkəmə iclası keçirilib. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənin ifadəs

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"

Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi

5 noyabr