Fərid Qayıbov: "Qarabağ"dan "Bayer 04"ə qarşı yaxşı oyun gözləyirik
"Qarabağ"dan "Bayer 04"ə qarşı yaxşı oyun gözləyirik.
Sonxeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer 04" klubuna qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.
Nazir Almaniya Bundesliqasında turnir cədvəlinə başçılıq edən və bu mövsüm heç bir turnirdə uduzmayan Leverkuzen təmsilçisinin çox güclü komanda olduğunu bildirib: "Bayer 04"ü çox yaxşı tanıyırıq, olduqca güclü kollektivdir. Almaniya komandası barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Buna baxmayaraq, "Qarabağ"a güvənirik. Sabah hamımız komandamıza azarkeşlik edəcəyik".
Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk görüşə böyük maraq olduğunu söyləyib: "Sabah çox vacib oyun olacaq. Hamımız "Qarabağ"ımıza inanırıq. Biletlər öncədən satılıb. Bu da o deməkdir ki, "Qarabağ" sevilir və bu komandanın matçına böyük maraq var. Onlar öz oyunları ilə bunu qazanıblar. Azarkeşlər məhz "Qarabağ"ın baxımlı çıxışına görə tribunaları doldurur, komandanı dəstəkləyirlər".
Gənclər və idman naziri "Qarabağ"ın pley-off mərhələsində Portuqaliya "Braqa"sı üzərində uğurunu (4:2, 2:3) da xatırlayıb: "Azərbaycan futbol tarixində ilk dəfədir ki, bir klubumuz Avropa Liqasında 1/8 final mərhələsinə qədər irəliləyib. "Qarabağ" pley-off mərhələsində "Braqa" önündə möhtəşəm performans sərgilədi".
F.Qayıbov qarşılaşma zamanı Azərbaycan çempionunu stadiondan dəstəkləyəcəyini vurğulayıb.
Qeyd edək ki, martın 7-də keçiriləcək "Qarabağ" – "Bayer 04" oyunu saat 21:45-də başlayacaq. Komandaların cavab matçı martın 14-də Leverkuzendə olacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 747 Tarix: 06 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Messinin varisi o oldu
Argentina millisinin baş məşqçisi Lionel Skaloni ulduz futbolçu Lionel Messinin beynəlxalq karyerasını başa vurmasından sonra əfsanəvi 10 nömrəli formanı 21 yaşlı Niko Paza verməyi planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu qərarın Messi və Nikolas Otamendinin 2026-cı il Dünya Çempionatında
3 sentyabrBakıda yeni tribuna quraşdırıldı
"Formula-1" üzrə Azərbaycan Qran-prisi 2026-ya hazırlıq çərçivəsində Bakı Şəhər Halqasında (BŞH) yeni tribuna quraşdırılıb. xəbər verir ki, yerli və xarici azarkeşlərin biletlərə artan tələbatı nəzərə alınaraq istifadəyə verilən "City" tribunası Azərbaycan Dövlət Akademik Musiqil
1 sentyabr"Qarabağ"ın oyununa görə metronun iş rejimi dəyişdirilir
Bu axşam saat 20:00-da "Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə -a "Bakı Metropoliteni" QSC-də
27 avqustAzərbaycan UEFA reytinqində neçəncidir?
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. Qaynarinfo xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb. Ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4. Azərbaycanın cari mövsüm qazandığ
28 avqustElvinin xəstəxanadan fotosunu paylaşıb bu sözləri yazdı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev idman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen tərəfindən əməliyyat olunub. "Qafqazinfo" xəbə
3 sentyabrAzərbaycanlı futbolçu "Qalatasaray"da
Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin "Qalatasaray" klubu ilə müqavilə imzalayıb. "Qafqazinfo" xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq. Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsüm
4 sentyabr"Sabah"ın stadionu Aİ ilə 30 minlik oldu - Video
Muhammed Yusuf adlı xarici yutuber Azərbaycan çempionu "Sabah"ın stadionunu Aİ ilə düzəldib. "Qafqazinfo" xəbər verir ki, o bu barədə yutub kanalında paylaşım edib. Belə ki, "Sabah"ın ev oyunlarını keçirdiyi 9500 nəfərlik "Bank Respublika Arena"nı süni intellektl
29 avqust