"Qarabağ"ın tarixi oyunu ilə bağlı idman ekspertlərinin GÖZLƏNTİLƏRİ
"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın "Bayer 04" klubunu qəbul edəcək. Yerli vaxtla saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya böyük maraq var.
Nəzərə alaq ki, bu oyuna beynəlxalq arenada da diqqət böyükdür. Çünki alman komandası bu il ən yaxşı mövsümünü keçirir və cari mövsümdə məğlubiyyət üzü görməyib.
Bəs, oyunla bağlı ekspertlərin gözləntiləri nələrdir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən idman şərhçisi Rəşad Rafiqoğlu qeyd edib ki, bu, təkcə "Qarabağ"ın deyil, Azərbaycan futbolunun ən önəmli oyunlarından biridir:
"İlk dəfə klub futbolunda Avropanın 16 ən yaxşı komandası arasına düşmüşük. Bu tarixi şansdan istifadə edib "Qarabağ" mərhələ də keçə bilər. Təbii ki, matçın favoriti "Bayer 04"dür. Bu komanda hazırda Avropanın ən yaxşı 3 komandasından biridir. Mən deyərdim ki, hətta Avroliqanın da favoritidir. Ağdam klubu üçün çətin olacaq. Ancaq Qurban Qurbanov və futbolçuları belə oyunları çox görüblər.
Üstəlik, rəqiblər qrup mərhələsində qarşılaşıblar. Xüsusilə, Bakıda "Qarabağ"ın "Bayer"ə qarşı yaxşı, inamlı oyununun şahidi olmuşuq. Məncə, "Qarabağ" bu dəfə Almaniya təmsilçisindən daha şanslıdır. Çünki futbolu titullar oynamır, futbolçular meydanda mübarizə aparır və qazanır. "Qarabağ" mərhələ keçməsə belə, yaxşı və layiqli oyun göstərəcəyinə inanıram".
Futbol eksperti Siyavuş Əliyev isə bildirib ki, bu gün Azərbaycan futbolu tarixinin ən yaddaqalan günlərindən biridir:
"Günün bu cür əhəmiyyətli olmasının səbəbkarı da "Qarabağ" klubudur. Məlum olduğu kimi, avrokuboklarda hər ötən mərhələ əvvəlkindən daha maraqlı olur və daha geniş auditoriya tərəfindən izlənilir. Sevindirici haldır ki, Azərbaycan futbolunun təmsilçisi də belə bir mərhələyə qədər gəlib çıxa bilib.
1/8 final mərhələsinə vəsiqə qazanan komandalara nəzər saldıqda, orada ən böyük futbol ölkələrini görə bilərik. İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Niderland və digər ölkələrin təmsil olunduğu mərhələlərdə "Qarabağ"ın da olması klub üçün həm ciddi maliyyə qazancı, həm də yeni azarkeş kütləsinin qazanılması deməkdir.
Rəqibin "Bayer 04" kimi bir komanda olması da "Qarabağ"ın imicinə əlavə bir töhfədir. Mövsümdə məğlub olmayan yeganə Avropa komandası ilə qarşılaşma ciddi sınaqdır. İnanırıq ki, "Qarabağ" bu sınaqdan da üzüağ çıxacaq".
İdman yazarı Vüqar Nəzərovun sözlərinə görə, nəticədən asılı olmayaraq "Qarabağ"ın Avropa Liqasının 1/8 finalında təmsil olunmağı özü bir uğurdur:
"Son illər komandamızın inkişafı göz qabağındadır və ildən-ilə komandanın səviyyəsi, gücü artır. "Bayer 04" güclü kollektivdir, həm bu mövsüm uduzmayıblar, həm də Almaniyada "Bavariya"nın uzun illər davam edən hegemonluğuna son qoyublar.
Baş məşqçi Xavi Alonso da Qurban Qurbanov kimi iddialı və öz işini bilən mütəxəssisdir. Məncə, bu məşqçilərin dueli son illərin ən yaxşı oyunlarından biri olacaq. Bugünkü qarşılaşmada anşlaq olacaq. "Qarabağ" azarkeşlərin güclü dəstəyindən də istifadə edib, növbəti uğurunu qazana bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş
Saç şampunu seçərkən nələrə diqqət etməli? - DERMATOLOQDAN AÇIQLAMA
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"WhatsApp"a iki yeni funksiya gəlir
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Ağ Evdən İrana hücumla bağlı açıqlama: ABŞ seçkilərə qədər zərbə endirməyəcək