Bakı və Sumqayıtda yaşayan ermənilər Qarabağa KÖÇÜRÜLƏCƏK? - AÇIQLAMA

Bakı və Sumqayıtda yaşayan ermənilər Qarabağa KÖÇÜRÜLƏCƏK? - AÇIQLAMAMəlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi davam edir. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən erməni sakinləri könüllü surətdə Qarabağı tərk etdilər. Bəs Bakıda və Sumqayıtda yaşayan ermənilər Qarabağa köçürülə bilər?

Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmmədli Sonxeber.az-a açıqlamasında bildirib ki, müharibə və antiterror əməliyyatına qədər əsas müzakirə mövzusu o idi ki, ermənilər qalacaq və birgə yaşayışın təmin olunması idi:

"Təkcə Ermənistan yox, bütün dünya ölkələri bunun üzərində baş sındırırdı. Hətta bu tip hadisələrin analogiyaları axtarılırdı. Antiterror əməliyyatından sonra demək olar ki, ermənilər qalmadılar. Düzdür bir qədər sayları var. Amma böyük hissəsi könüllü surətdə Qarabağı tərk etdilər. Əgər onlar Qarabağda yoxdursa, birgə yaşayış və digər məsələlər ilə bağlı problemlərdə yoxdur. Əlbəttə ki, bunun üzərində düşünməkdə lazım deyil. Amma Qarabağa Bakıda və Sumqayıtda yaşayan ermənilərin qayıtması məsələsi düşünmürəm ki, baş versin. Onların onsuzda Azərbaycanda yaşayanların böyük hissəsi ad-soyadlarını dəyişdiriblər. Azərbaycanda 30 minə yaxın erməni var və biz onlardan kimisə belə tanımırıq. Çünki onlar bu addımı ataraq illərdir Azərbaycanda yaşayırlar. Onları hardansa Qarabağa köçürməkdə mümkün deyil".

Ekspertin sözləinə görə, kimisə milliyətinə görə Bakı və Sumqayıtdan çıxarıb, Qarabağa yerləşdirmək olmaz. Çünki real görünmür:

"Mən burada fərqli yanaşma demək istəyərdim. Qarabağda insanların sayını artırmaq, yaşayışı tam təmin etmək üçün təbii ki, keçmiş məcburi köçkünləri oraya yerləşdirmək lazımdır. Amma orada bir çox ərazilər var. Oradan qaçan ailələrin sayı ilə indi ki, ailələrin sayı da bir deyil. Xankəndi və digər ərazilər var ki, orada yaşayışı tam təmin etməyə ehtiyac yaranacaq. Hesab etmirəm ki, bu başqa bir millət üzərindən həyata keçiriləcək. Azərbaycanın elə rayonları var ki, içməli və təsərrüfat suyunu belə pul ilə alırlar. Yəni söhbət burada Aran rayonlarından gedir. Mən hesab edirəm ki, Qarabağın tam məskunlaşdırılması məsələsi təkcə qaçqınlar yox, bu tip kəndlərdən insanların köçürülməsi reallaşa bilər. Təklif oluna bilər ki, ev ilə təmin olunacaqlar və getsinlər yaşasınlar. Bu tip etmək mümkündür. Amma indiki məqamda Qarabağ ilə bağlı hardasa yaşayan erməniləri ora gətirməklə nə isə həll etmək olar. Bu Azərbaycana hazırda problem yarada bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1400   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr