Məktəblərdə təhlükəsizliyi təmin etmək üçün hansı işlər görülməlidir? - AÇIQLAMA
Ötən gündən başlayaraq sosial şəbəkələrdə bir neçə ümumi təhsil müəssisəsində təxribat törədiləcəyi ilə bağlı məlumatlar paylaşılmaqdadır. Yayılan məlumatlardan xəbərdarıq. Bildiririk ki, məsələ aidiyyəti qurumların nəzarətindədir. Bəs məktəblərdə təhlükəsizliyi təmin etmək məqsədilə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, hazırda ölkədə stabil bir vəziyyətdir:
"Təhsil müəssisələrində şagirdlərin və müəllim heyətinin konkret təhlükəsizliyinin qorunması ilə bağlı addımlar atılmalıdır. İlk olaraq Təhsil Nazirliyi və Müdafiə Nazirliyi arasında müəyyən bir saziş imzalanmalıdır. Müdafiə Nazirliyinin polis xidməti təhsil müəssisələrində yerləşdirilməlidir. Xidmət mütləq təşkil edilməlidir. Deyək ki, bir nəfər təhdid, şər və böhtan atır. Müvafiq olaraq şaiyə yayır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verən bir hadisənin yaşanmaması yaxud qarşısı alınması üçün sözügedən xidmət təşkil edilməlidir. İndiki məqamda təhsil müəssisələrində daim qapı bağlı saxlanılır. Çıxış məsələsində müəyyən bir məhdudiyyət var. Qapılar mühafizə tərəfidən qorunur. Amma buna baxmayaraq həmin şəxslərə qarşı adekvat cavab vermək üçün polis əməkdaşlarının orada olması vacibdir. Təhlükəsizlik ancaq belə qoruna bilər. Eyni zamanda kameraların quraşdırılmasına və daimi nəzarətə ehtiyac var. Məktəbin kənarı və auditoriyaları diqqətdə saxlanılmalıdır".
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində qətllərin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1562 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabr