Bu məhsulların qiyməti ucuzlaşa bilər – SİYAHI

Bu məhsulların qiyməti ucuzlaşa bilər – SİYAHIXəbər verdiyimiz kimi, qlobal bazarda bəzi ərzaq qiymətləri ardıcıl olaraq yeddinci aydır ki, ucuzlaşır.

Bu proses fevral ayında da davam edib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) xəbər verir ki, əsas taxıl məhsulları üzrə beynəlxalq kotirovkaların azalması şəkər və ətin bahalaşmasını böyük ölçüdə kompensasiya edib.

Əsas ərzaq mallarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyən FAO indeksi fevral ayında 113,7 bənd dəyişib və yanvar ayı ilə müqayisədə 0,7 faiz, habelə ötən ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz azalma qeyd edilib.

Qlobal taxıl ticarətinin əvvəlki illə müqayisədə 1,3 faiz artacağı proqnozlaşdırılır ki, bu da Ukraynanın qarğıdalı ixracına dair proqnozun yaxşılaşması və Çin tərəfindən tələbatın artması ilə əlaqədardır.

Əlverişli hava şəraiti nəticəsində dünyanın ən böyük ixracatçılarından biri olan Rusiya Federasiyasında buğda istehsalı artacaq, həmçinin Çin, Hindistan və Pakistanda yaxşı məhsul əldə ediləcək.

Cənubi Amerikada yüksək məhsul və Ukraynanın təklif etdiyi münasib qiymətlər gözləntiləri fonunda qarğıdalının ixrac qiymətləri aşağı düşüb. Fevralda beynəlxalq düyü qiymətləri də 1,6 faiz ucuzlaşıb.

Bitki yağının qiymət indeksi yanvar ayı ilə müqayisədə 1,3 faiz azalaraq 2023-cü ilin fevral ayından bəri 11 faiz aşağı olub. Qlobal səviyyədə soya yağının qiymətləri nəzərəçarpacaq dərəcədə azalıb. Buna Cənubi Amerikada soya məhsulunun yüksək səviyyədə olacağı perspektivləri təsir edib. Qlobal palma yağının qiymətləri fevral ayında hasilatın mövsümi azalması səbəbindən bir qədər artıb.

Bəs, qlobal bazarda baş verən ucuzlaşma Azərbaycanın istehlak bazarına necə təsir edəcək?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirdi. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, dünya bazarında artan qiymətlər təbii ki, Azərbaycan bazarına təsir edir:

"Amma bu daha çox qiymət artımı zamanı müşahidə edilir. Lakin beynəlxalq birjalarda qiymətlər aşağı düşəndə biz bunu ölkəmizdə təsadüfi hallarda hiss edirik. Son zamanlar ucuzlaşmanı biz ancaq ərzaqlıq buğdada müşahidə etmişik. Bildiyiniz kimi, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra dünya birjalarında ərzaqlıq buğdanın qiyməti kəskin şəkildə artdı. Bunun nəticəsində ölkəmizdə ərzaqlıq buğdanın, o cümlədən çörəyin qiyməti xeyli qalxdı.

Hökumətimizin etdiyi müdaxilə nəticəsində qiymətlər ötən il bir qədər ucuzlaşdı. Ərzaqlıq buğdanın ƏDV-dən və bəzi gömrük rüsumlarından azad olunması, sahibkarlara verilən subsidiyalar hesabına unun qiyməti 2023-cü ildə 30, çörəyin qiyməti isə təxminən 20 faiz ucuzlaşdı".

Fuad İbrahahimov qeyd edib ki, digər məhsulların qiymətində enmə müşahidə etmirik:

"FAO-nun məlumatından görünür ki, bəzi ərzaq məhsulları 7 aydır ki, tədricən ucuzlaşır. Amma bu ucuzlaşma hələ də gəlib bizim ölkəyə çatmayıb. Ölkəmizdə qiymətlərin beynəlxalq birjalara uyğun şəkildə tənzimlənməsi üçün sağlam rəqabət lazımdır. Ən əsası yerli istehsal artırılmalıdır. Nə qədər ki, idxaldan asılıyıq, bir o qədər də qiymət artımı qaçılmazdır. Çünki idxalçılar bir çox hallarda maya dəyəri süni şəkildə şişirdirlər.

Nəticədə, qlobal bazarda qiymətlər ensə də, bunun ölkəmizə təsiri az olur.

Həm ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, həm də qlobal bazara inteqrasiyanı gücləndirmək üçün yerli istehsal artmalıdır. Məsələn, FAO-nun hesabatında göstərilir ki, bitki yağları son bir ildə 11 faiz ucuzlaşıb. Nəzərə alaq ki, ölkəmizdə istehlak edilən yağların böyük bir hissəsi idxal edilir. Yerli istehsalın da xam malı xaricdən alınır. Ona görə də ixracdan asılılığımız seçim imkanlarımızı azaldır.

Bundan istifadə edən idxalçı şirkətlər də çox zaman ucuzlaşmaya getmir. Bütün bunlara rəğmən yay aylarında bəzi ərzaq məhsullarının ucuzlaşması gözləniləndir. Bu da daha çox daxili amillərlə bağlıdır. Çünki yay aylarında bəzi ərzaq məhsullarına tələbat azalır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1018   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr