Kollecdə rüşvət qalmaqalı - Direktorun səs yazısı yayıldı: "60 manatla gəlmisən?!" + AUDİO

Kollecdə rüşvət qalmaqalı - Direktorun səs yazısı yayıldı: "60 manatla gəlmisən?!" + AUDİOXəbər verdiyimiz kimi, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Şahin Əliyev tutduğu vəzifədən azad edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müvafiq qərar qəbul edilib.

Yenisabah.az məsələ ilə bağlı maraqlı məlumatlar əldə edib. Kollecin əməkdaşlarından biri saytımıza bildirib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə paralel olaraq Göyçay rayon prokurorluğu və Maliyyə Nazirliyi də bir neçə aydır ki, kollecin fəaliyyətini yoxlayır. Aparılan yoxlamalar nəticəsində cinayət əməli kimi qiymətləndirilə biləcək çoxlu sayda qanunsuzluq aşkarlanıb.

Bura dövlət vəsaitini mənimsəmədən tutmuş, tələbələrdən rüşvət almağa kimi bir çox hallar daxildir.

Maliyyə Nazirliyinin apardığı araşdırma zamanı məlum olub ki, kollecə məxsus olan avadanlığın çoxu yararsız vəziyyətdədir. Buna baxmayaraq, vaxtaşırı onlar üçün avadanlıqlar və yanacaq alınıb. İşləməyən texnika üçün alınan yanacağa ayrılan vəsaitin bir neçə min manat dəyərində olduğu bildirilir. Məlumatlara görə, bu faktlar prokurorluq orqanlarının diqqətindən yayınmadığı üçün hüquqi müstəvi araşdırma davam etdirilir.

Aparılan araşdırmalar nəticəsində direktor Şahin Əliyevdən, əyani şöbənin müdiri Kamilə Həmidova və qiyabi şöbənin müdiri Gülbəyim Həsənovadan da izahat alındığı bildirilir.

Rüşvət qalmaqalı ilə bağlı "Yeni Sabah"a audioyazı daxil olub. Audioyazıda Şahin Əliyevin kollecin direktoru olarkən uzaq rayondan gələn tələbədən rüşvət istədiyi, onun isə tələb olunan məbləği verə bilməyəcəyini dediyi iddia edilir. Məlum olur ki, tələbənin cəmi 20 manat verməyə imkanı çatır. Direktor isə bununla razılaşmır. Deyir ki, gediş-gəliş xərcin 40 manat edir. Belə çıxır ki, Göyçaya 60 manatla gəlmisən... Tələbə isə evdən çıxarkən üzərində cəmi 50 manat olduğunu iddia edir.

Sözügedən audioyazını və kollecin balansında olan texnikanın mövcud durumunu əks etdirən fotoları təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1137   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr