Britaniya məhkəməsi Feyziyevin 85 milyonluq əmlakı ilə bağlı qərarı qüvvədə saxladı

Britaniya məhkəməsi Feyziyevin 85 milyonluq əmlakı ilə bağlı qərarı qüvvədə saxladıBöyük Britaniya Ali Məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin Londonda dəyəri 50 milyon funt sterlinqdən çox olan əmlak portfelinin dondurulması barədə qərarı qüvvədə saxlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Transparency International" məlumat yayıb.

Bildirilib ki, Milli Cinayət Agentliyi əmlakın çirkli pullar hesabına alındığından şübhələnir.
"İndi Milli Cinayət Agentliyinin daşınmaz əmlakın "cinayət yolu ilə əldə edilmiş gəlirlər"lə əldə edildiyini sübut etmək imkanı var. Azərbaycan kimi dövlətlərdə vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqləri nəzərə alsaq, Böyük Britaniyaya daxil olan cinayət və korrupsiyadan əldə olunan hər hansı şübhəli gəlirlərin mümkün qədər təqib edilməsi çox vacibdir. Hökumət hüquq-mühafizə orqanlarını iqtisadi cinayətlərin düzgün araşdırılması üçün lazım olan resurslarla təmin etməli və Birləşmiş Krallığın çirkli pulların sığınacağı roluna son qoymalıdır. Bu, OCCRP tərəfindən ilk dəfə 2017-ci ildə bildirilmiş, çox milyard dollarlıq "Azərbaycan Laundromat" çirkli pulların yuyulması əməliyyatı ilə bağlı araşdırmalar üçün əhəmiyyətli bir hadisədir", - qərarı şərh edən "Transparency İnternational" UK təşkilatının Tədqiqatlar və Təhqiqatlar şöbəsinin rəhbəri Stiv Qudriç bildirib.

Xatırladaq ki, fevralın 22-də Britaniya Ali Məhkəməsi azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının dondurulmuş mülkləri ilə bağlı məsələyə baxmağa başlayıb.

Bu barədə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması Layihəsinin (OCCRP) saytında məlumat dərc olunub.
Bildirilib ki, söhbət deputat və həyat yoldaşının qeyri-qanuni yollarla qazanılan vəsaitlər hesabına əldə etdiyi ehtimal edilən 22 mülkdən gedir. Qeyd olunur ki, 39,5 milyon funt sterlinqdən (85,1 milyon manat) artıq qiymətə alınmış sözügedən əmlaklar 2023-cü ilin iyununda Ali Məhkəmənin qərarı ilə dondurulub.
"Feyziyev məlumat dərc olunan vaxtda şərh vermək tələblərinə cavab verməyib. Feyziyevlərin vəkili isə iddia edir ki, Milli Cinayət Agentliyi (NCA) bütün lazımi prosedurlara əməl etməyib və bu daşınmaz əmlaklardan hər hansı birinin qanunsuz yolla alındığını mübahisələndirmək üçün kafi əsaslar yoxdur.
Bundan əvvəl siyasətçinin ailəsi Milli Cinayət Agentliyinin diqqətini bank hesablarında milyonlarla funt sterlinq vəsaitin olması ilə cəlb etmişdi. Agentlik iddia edirdi ki, bu vəsaitlər bank hesablarına OCCRP-nin 2017-ci ildə aşkar etdiyi və "Azərbaycanın pulyuyan maşını" kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə gəlib", - OCCRP-nin məlumatında deyilir.

NCA-nın məlumatına görə, Feyziyev və onun həyat yoldaşı tərəfindən satın alınmış əmlakların satışına və ya başqasına ötürülməsinə mane olan son qərarlar, çirkli pulların yuyulmasına dair əldə edilən əsaslı sübutlara görə qəbul edilib.
"Məhkəməyə təqdim edilən sənəddə Agentlik qeyri-adi, yalan və ya uydurma təsvirlərlə müşayiət olunan və çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərə qədər izlənilə bilən fövqəladə mürəkkəblikdə pul axınlarını təsvir edib", - OCCRP yazır.

Qeyd olunur ki, dondurulanlar arasında ən bahalı mülklər "Chelsea Barracks" kompleksində 26 milyon funt sterlinqdən (56 milyon manat) baha qiymətə alınmış iki iqamətgahdır. Bildirilir ki, bunlar 2020-ci ildə Britaniya hakimiyyəti onun həyat yoldaşı, oğlu və qardaşı oğlu barədə çirkli pulların yuyulmasında dair araşdırma apardığı ərəfədə alınıb.

"Dondurulmuş digər mülklər arasında "Regent Parkı"na baxan bir mənzil, həmçinin Şimali Qərbi Londondakı bir binadan alınmış 19 mənzil daxildir. Feyziyev 2008-2018-ci illər arasında həmin mülkləri 10 milyon funt sterlinqdən (21,5 milyon manat) çox qiymətə alıb və sonradan heç bir ödəniş etmədən fondun mülkiyyətinə verib", - məlumatda deyilir.

Qeyd edək ki, C. Feyziyev 2010-cu ildən 2022-ci ilədək Azərbaycan-Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Böyük Britaniya məhkəməsi deputat Cavanşir Feyziyevin ailə üzvlərinə - həyat yoldaşı, böyük oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsus 5,6 milyon funt-sterlinq (12,9 milyon manat) məbləğində vəsaitin müsadirə olunması haqqında qərar verib. Deputatın ailə üzvlərinə məxsus olan və üzərinə həbs qoyulan 9,7 milyon funt-sterlinq (22,3 milyon manat) isə onlara geri qaytarılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 909   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr