Saxta hərbi bilet verilməsi ilə bağlı cinayət işi açıldı (RƏSMİ)
Hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Əsgərov Xəlil Ənvər oğlunun qanunsuz hərəkətləri barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin 5 min 700 manatını qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Xəlil Əsgərov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1422 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
5 noyabrOrta aylıq pensiyanın 640 manat olacağı gözlənilir
"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia
5 noyabrKuryerlər aylıq 15 manat vergi ödəyəcək
Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili
5 noyabrŞəhid anası yol qəzasında həlak oldu (FOTO)
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind
5 noyabrVətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl
5 noyabr9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini
5 noyabr