Bu şəxslərə vacib XƏBƏRDARLIQ: Evsiz qala bilərsiniz

Bu şəxslərə vacib XƏBƏRDARLIQ: Evsiz qala bilərsinizPaytaxt Bakıda və Abşeron rayonunda olan evlərin əksər hissəsində əmlakların çıxarışsız olması problemi hələ də aktualdır. Vətəndaşlar ev alarkən onlara təqdim olunan daşınmaz əmlakların bir çoxu sərəncam, bələdiyyə sənədli və digər növ statusda olur. Çıxarışsız evlərlə bağlı isə gələcəkdə vətəndaşlar üçün bir sıra problemlər meydana çıxa bilər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Turan Abdullazadə bildirib ki, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan əmlakın alqı-satqısı hər zaman risk daşıyır:

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Qanuvericiliyin tələbindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan əmlakın alqı-satqısı hər zaman risk daşıyır. Yəni, yalnız daşınmaz əmlakın dövlət reyestrində rəsmi olaraq qeydə alınmış əmlaklar dövlət orqanları tərəfindən rəsmi olaraq tanınır. Lakin bu o demək deyil ki, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə, dövlət aktı, qeydiyyat vəsiqəsi, order, bələdiyyə qərarı, icra hakimiyyətinin sərəncamı, bağçılıq-üzvlük kitabçası rəsmi sənəd sayılmır. Onlar da rəsmi sənəddir. Onlar da daşınmaz əmlak üzərində hüquqları təsdiq edir. Problem ondadır ki, həmin sənədlərin bir çoxu sovet dövründə verilmiş "kök" sənədlərdir. Həmin sənədlər təhvil verilərək yeni sənəd olan çıxarış alınmalıdır. Yalnız çıxarış alındıqdan sonra notariusda rəsmi alqı-satqı mümkündür".

Hüquqşünas qeyd edib ki, vətəndaşlar etibarnamənin mülkiyyət sənədi olmadığını bilməlidir:

"Notarius köhnə sənədlər əsasında alqı-satqıdan imtina etdiyi üçün bir çox hallarda vətəndaşlar köhnə sənədlər əsasında yeni sənədlər almağa vaxt sərf etmək və yeni sənədlərə görə dövlət rüsumu ödəmək istəmirlər. Məhz bu səbəbdən qeyri-rəsmi alqı-satqı edirlər. Bu da gələcəkdə ciddi problemlərə səbəb olur. Hətta bəzən etibarnamə əsasında alqı-satqı edirlər. Vətəndaşlar bilməlidir ki, etibarnamə mülkiyyət sənədi deyil. Etibarnamə verən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər. Etibarnamə əsasında aldığınız torpağı öz adınıza keçirə bilməzsiniz. Etibarnamə əsasında aldığınız torpağın satmaq qərarına gəlsəniz, satışdan əldə olunan məbləği sizə etibarnamə verən şəxsə verməlisiniz. Vətəndaşlara məsləhətim odur ki, çıxarışı olmayan heç bir əmlakı etibarnamə və ya qeyri-rəsmi formalarda almasınlar.Bundan başqa torpaq alarkən fikir versinlər ki, çıxarışda torpağın təyinatı nədir. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqda fərdi yaşayış evi tikmək qanunsuzdur və buna icazə verilmir. Bəzən daha ucuz satıldığı üçün vətəndaşlar şirniklənərək belə torpağı alır və sonradan peşmançılıq keçirirlər. Diqqətli olmaq və aldanmamaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2366   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr