Qohum evliliyində doğulan körpələrdə hansı problemlər yarana bilər? - ARAŞDIRMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər. Bunu Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bu gün keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib.
İlk olaraq qohum evliliyi tövsiyə edilməyən nikah növüdür. Bu tip evliliklərdə bir çox genetik xəstəliklər baş verə bilər. Məlumdur ki, bu cür evliliklərdə digər evliliklərə nisbətən xəstə, qüsurlu körpələr daha çox olur.
Ginekoloq Rəşad Sultan Sonxeber.az-a açıqlamasında qohum nikahlarının körpələrdə yaratdığı fəsadlara toxunub:
"İlk olaraq bildirim ki, bizim hamımızda gizli genetik xəstəliklər var. Hər gen insanda cüt olur. İnsanlarda gen cüt olduğuna görə, genin biri defektli olanda, digər salam gen o birini kompensasiya edir. Beləliklə o özünü xəstəlik şəklində büruzə vermir. Fərdlərdə gizli xəstəliklər ola bilər. Bu zaman həmin xəstəlik gizli olaraq qalır və özünü göstərmir. Amma eyni nənə babanın nəvələri evləndikdə eyni gizli, defektli genlərin üzə çıxma ehtimalı artır. Bu zaman xəstə uşaq doğulma ehtimalı da yüksək olur. Bu zaman xəstəlik olaraq sadəcə gizli qalan gen xəstəliyi üzə çıxır".
Qohum nikahları ailə başçıları tərəfindən qərarlaşdırıldığı hallarda daha da artır. Bu halların baş verməsinin səbəblərini sosial, iqtisadi, psixoloji, dini və coğrafi amillər ilə əlaqələndirilir. Valideynlərin övladlarını qohum ilə evləndirməsinin bir səbəbi oğullarının yaxud qızlarının yadlarla deyil, "etibarlı şəxslər"lə evlənməsini görmək istəməsidir. Sosioloji tədqiqatlar onu deyir ki, bu nikahlar qohumlar arasında əlaqəni gücləndirir və cütlüklər digər ailə üzvləri daha yaxın münasibət qura bilir.
Sosioloq Mail Yaqub saytımıza mövzu ilə bağlı öz fikirlərini bölüşüb :
" Qohum nikahları labüd olaraq, hər zaman fəsadlara yol açmır. Sağlam və uğurlu qohum nikahları ola bilər. Bunu birmənalı şəkildə qəbul etmək lazımdır. Eyni zamanda bunu tamamilə qadağan etmək düzgün yanaşma deyil. Sadəcə olaraq bəzi qohum nikahları tibbi müayinədən keçirilməlidir. Əgər müayinədə həmin nikahın tibbi baxımdan fəsadları olacaqsa, o zaman imtina edilməlidir. Yoxsa ki, bütün qohum nikahları pisdir, yaxud fəsadlara yol açırmış kimi bir tezis mövcud deyil. Bunu birmənalı olaraq qadağan etməyib əleyhinəyəm".
Xatırladaq ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 765 Tarix: 12 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI
I və IV ixtisas qrupları (o cümlədən II qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 7 nəfər ən yüksək bal toplayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib. I ixtisas qrupu üzrə ən yüksə
24 iyunBakıda 19 yaşlı qız eyvandan yıxıldı
Bakıda 19 yaşlı qız binadan yıxılıb. -ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib. 2007-ci il təvəllüdlü Z.Hüseynova yaşadığı binanın 3-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Z.Hüseynovanın vəziyyəti ağırdır
22 iyun34 yaşlı Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi
Naxçıvan Muxtar Respbulikasının Kəngərli rayonunda Vətən müharibəsi iştirakçısı ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Elvin Pənahov iş yerində idman edərkən dünyasını dəyişib. Qeyd edək ki, 34 yaşlı mərhum E.Pənahov ailəli olub, üç övlad
26 iyun26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı
Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm
23 iyunBakıda xariclə əlaqəli qumar şəbəkəsi quran dəstə üzvləri hakim qarşısında
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən dəstə üzvlərinin barələrindəki cinayət işi üzrə məhkəmə keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dəstə üzvlərinin anket məlumatları dəqiqləşdirilib. Onla
18 iyunGürcüstanda 20 yaşlı azərbaycanlı qız faciəli şəkildə öldü
Gürcüstanın Saqareco vilayətində yaşayış evində baş verən partlayış nəticəsində İlia Dövlət Universitetinin 20 yaşlı tələbəsi Lamiyə Allahverdiyeva dünyasını dəyişib. -yə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması nəticəsində baş verən partlayış zamanı qeydə alınıb. Partlayış nəticəsində gən
23 iyunAvropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
3 iyulTovuzda gənc oğlan çayda batdı
Tovuz rayonunda gənc oğlan çayda çimərkən batıb. -ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndi ərazisində qeydə alınıb. Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəl
16 iyun