2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA2027-ci il yaxınlaşdıqca Azərbaycanda əhalinin gəlirləri ilə bağlı əsas gözləntilərdən biri minimum əməkhaqqı və pensiyaların necə dəyişəcəyi ilə bağlıdır. 2026-cı ildə əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb, minimum əməkhaqqının məbləğinə isə ildə ən azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. 2027-ci ilin büdcə göstəricilərinin hazırlanması fonunda maaş və pensiyaların artırılması məsələsi yenidən gündəmə gəlib.

Hazırda minimum əməkhaqqının 400 manat olduğu nəzərə alınaraq, gələn il bu məbləğin hansı həddə çatdırıla biləcəyi və pensiyaların neçə faiz artırılacağı maraq doğurur. Bəs 2027-ci ildən minimum əməkhaqqı və pensiyalar nə qədər arta bilər? Artım hansı göstəricilər əsasında müəyyənləşdirilə bilər?
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMAMövzu ilə bağlı millət vəkili Vüqar Bayramov Sonxeber.az-a açıqlamasında bildirdi ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən Azərbaycanda minimum əmək haqqının ildə ən azı bir dəfə baxılması nəzərdə tutulub. Bu dəyişikliklər cənab prezident tərəfindən 2026-cı ilin fevral ayında təsdiq olundu. Bu isə ondan xəbər verir ki, məhz 2027-ci ilin fevral ayınadək Azərbaycanda minimum əmək haqqı məbləğinə yenidən baxılacaq və təbiiki minimum əmək haqqı məbləğində artımların olacağı gözlənilir. O baxımdan 2027-ci ildə minimum əmək haqqının artacağı gözləniləndir. Çünki bu Əmək Məcəlləsində edilən dəyişikliklərin əsas istiqamətlərindən biridir. Eyni zamanda təbiiki sosial təminat tədbirləri çərçivəsində biz mütamadi olaraq minimum əmək haqqı və digər sosial müavinətlərin artırılmasını müşahidə edirik.

Xüsusən son 6 ildə həyata keçirilən beş paketin əsas istiqamətləri məhz minimum əmək haqqında artımlarla bağlıdır. O baxımdan növbəti ildə minimum əmək haqqının artırılacağı və bununda 2027-ci ilin dövlət büdcəsində nəzərdə tutulacağı gözlənilir. Büdcə paketi miqrasiyaya təqdim olunduqdan sonra təbiiki daha dəqiq rəqəmləri müzakirə etmək mümkün olacaq. Eyni zamanda pensiyaların indeksləşdirilməsidə növbəti ilin yanvarında baş verəcək və bu 2026-cı ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksləşdirmənin aparılması və əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinə şamil olunması anlamına gəlir.

Bütövlükdə növbəti ilin dövlət büdcəsindən sosial sferaya ayırılan vəsaitin həcmi ümumi büdcə xərclərinin 44%-ni təşkil edəcəyi gözlənilir. Bu 17 milyard manatdan artıq vəsaitin sosial istiqamətə yönələcəyindən xəbər verir. O baxımdan rəqəmlər ondan xəbər verir ki, növbəti ildə də sosial təminat tədbirləri əsas prioritetlərdən biri olaraq qalacaq.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 224   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əvəz Zeynallı dəfn olundu - Fotolar

Tanınmış jurnalist Əvəz Zeynallı dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, o, Kürdəxanı qəbiristanlığında, qayınatası, qayınanası və qaynının yanında torpağa tapşırılıb. Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və ötən gün dünyasını dəyişib. O, 1970-ci ild

29 sentyabr
.

"UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı

"UĞUR 77" estetik mərkəzində yol verilən qanunsuzluqlarla bağlı təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyevanın cinayət işinin növbəti məhkəmə iclası baş tutub. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilə

29 sentyabr
.

37 yaşlı yeni başçının - Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" "Unikal"a istinadən yeni icra başçısının dosyesini təqdim edir:. Məmmədiyə Məmmədov 1989-cu ildə Bakı şəhərində anada

28 sentyabr
.

Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla MÜSAHİBƏ

Payızın gəlişi ilə Bakıda yağışlı hava və onun yaratdığı mümkün fəsadlarla bağlı suallar yenidən gündəmə gəlir. Bununla əlaqədar Bakibaku saytının müxbiri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova müraciət edib. Paytaxt sakinlərini narahat edən sualları şəhərin su təchizat

29 sentyabr
.

İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər

İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar

30 sentyabr
.

Oktyabrda hava necə olacaq?

Oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərd

29 sentyabr
.

Sabah Bakıda leysan olacaq - Xəbərdarlıq

Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşə

28 sentyabr
.

Nübar bu kanalda çalışacaq

Aparıcı Nübar Əbilov Space TV-də fəaliyyətə başlayır. Axşam.az xəbər verir ki, o, "Səhər növbəsi" verilişinin aparıcısı olacaq. Bu barədə Nübar sosial şəbəkədə məlumat yayıb:. "Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həft

30 sentyabr
.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

30 sentyabr