Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bakının Məhəmməd Xiyabani küçəsində 18 fərdi yaşayış evinin və bəzi obyektlərin sökülməsi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, ilkin olaraq onlara kvadratmetr üçün 2700 manat kompensasiya təklif edilib, daha sonra isə ödənişin evlərin qiymətinə əsasən hesablanacağı bildirilib. Əmlakın məcburi özgəninkiləşdirilməsi zamanı kompensasiyanın müəyyənləşdirilməsi vətəndaşların mülkiyyət hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır, qanunvericilikdə əmlakın bazar qiyməti əsasında qiymətləndirilməsi nəzərdə tutulur.
Bəs, sakinlərə ödəniləcək kompensasiya hesablanarkən evlərin və torpaq sahələrinin real bazar qiyməti hansı meyarlar əsasında müəyyən edilməlidir və təklif olunan məbləğlə həmin ərazidəki mənzil və torpaq qiymətləri arasında ciddi fərq yaranarsa, sakinlərin hüquqları necə qorunmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, harada söküntü işi planlaşdırılırsa, həmin ərazilərdə bina sakinləri gələcəkdə qiymətləndirici şirkətin və ya hər hansı digər qurumun müəyyən edəcəyi kompensasiya məbləğindən narahatdırlarsa, yəni bunun real bazar dəyərini əks etdirməyəcəyini düşünürlərsə, qiymətləndirmə həyata keçirilməlidir.
"Bunun üçün qiymətləndirici şirkətlərə müraciət olunmalı və həmin şirkətlər tərəfindən hesabat hazırlanaraq əmlakın real bazar dəyəri müəyyənləşdirilməlidir. 1 kvadratmetrin 2700 manat təşkil edildiyi və sonradan yaxınlıqdakı binaların əsas götürülə biləcəyi bildirilsə də, real qiymətləndirmə işləri Azərbaycan Respublikasının "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanununa uyğun olaraq həyata keçirilməlidir. Adətən kompensasiya məbləği müəyyənləşdirilərkən həmin ərazidə orta qiymətlər əsas götürülür. Bu zaman mənzilin təmiri, yerləşməsi, yəni küncdə və ya ortada olması, mərtəbəsi və digər bu kimi göstəricilər nəzərə alınmır. Yalnız həmin ərazidə orta qiymət müəyyən edilir və mənzilin ümumi sahəsinə vurularaq kompensasiya məbləği hesablanır. Vətəndaşlar öz hüquqlarını necə qoruya bilərlər? İlk növbədə qiymətləndirici şirkətə müraciət edib qiymətləndirmə hesabatı almalıdırlar. İkincisi, hüquqi yardım üçün vəkillərə müraciət edərək hüquqlarını qorumalıdırlar. Onların hüquqları ondan ibarətdir ki, kompensasiya məbləği həmin ərazinin bazar dəyərinə uyğun şəkildə müəyyən edilsin".
Ekspert bildirib ki, daha yaxşı olar ki, hər hansı söküntü işi aparılarkən onun əvəzinə başqa bir əmlak təklif olunsun:
"Əgər bu mümkün deyilsə, həmin obyektin, mənzilin və ya fərdi yaşayış evinin yerləşdiyi ərazidə bazar dəyərlərinə uyğun şəkildə hesablamalar aparılmalı və müvafiq kompensasiya ödənilməlidir. Torpaq sahələrinə gəlincə isə, hər hansı tikinti sahəsi kvadratmetrlərə uyğun olaraq hesablanarkən, əgər həmin torpaq üzərində mülkiyyət hüququ varsa, yəni dövlət və ya istifadə hüququ deyil, o zaman həmin məbləğ vətəndaşa ödənilir. Yəni torpaq sahəsindəki mülkiyyət hüququndan imtinanın qarşılığı olaraq həmin məbləğ ödənilir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
Oktyabrda hava necə olacaq?
Yeni təyin olunan icra başçısı onun müavini imiş - Dosye
İranda hicabsız konsert verən müğənniyə 74 şallaq cəzası
2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
32 ildən sonra simvolik qələbə: Zidan Fransa millisində ilk məşqçisinin yolunu necə təkrarladı
Nəqliyyat sıxlığının qarşısı belə ALINA BİLƏR - AÇIQLAMA
Aİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Prezident 3 rayona icra başçısı təyin etdi
Bakı sakininin maşını Şuşada minaya düşdü
Fiqu "Qızıl top"un favoritlərini AÇIQLADI
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi