Sumqayıtda 10 milyonluq "zəmanət" qalmaqalı: Başçı və "sağ əli" borcu necə qaytaracaq?

Sumqayıtda 10 milyonluq "zəmanət" qalmaqalı: Başçı və "sağ əli" borcu necə qaytaracaq?Bir müddət əvvəl xəbər vermişdik ki, Sumqayıtda iş adamları ilə yerli İcra Hakimiyyəti orqanı arasında uzun illərdir davam edən borc məsələsi ciddi qalmaqala çevrilib.

JAMAZ.İNFO-ya məlumat verən sahibkarlar bildirmişdilər ki, ötən ilin fevral ayında Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov həmin iş adamlarına "barışıq" təklif edib.

"Barışıq" da ondan ibarət olub ki, həmin sahibkarlar borclarını aldıqlarına dair "vəsaitlərin ödənilməsinə dair zəmanət məktubu" verməli və bunu notarial qaydada təsdiq etməlidirlər. Həmin məktub hazır olduqdan bir gün sonra isə onların borcları tam ödəniləcək.

Həmin məlumatda vurğulanırdı ki, sahibkarların bir neçəsi Fərəcovun şirin dilinə aldanıb, buna razılıq veriblər. Bunun ardından Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri, eyni zamanda Zakir Fərəcovun "sağ əli" kimi tanınan Gündüz Əliyev "borc vəsairlərinin verilməsinə dair zəmanət məktubu"nu hazırlayaraq, onu sahibkarlara təqdim edib. Həmin sahibkarlardan bir neçəsi həmin sənədi notarial qaydada təsdiqləyib. Bir gün sonra isə pulun verilmədiyini, hətta etiraz etdiklərinə görə, təhdid olunduqlarını görən iş adamları elə notarial qaydada həmin "zəmanət məktubu"nu ləğv etdiriblər. Ardından da rəsmi qurumlara teleqarmla müraciət edərək, belə bir sənədin hüquqi əhəmiyyət daşımadığını bildiriblər.

Həmin hadisənin üzərindən bir müddət keçdikdən sonra məlum olub ki, Zakir Fərəcov sözügedən "zəmanət məktubu"nu əlində əsas tutaraq, rəsmi qurumları inandırmağa çalışırmış ki, borc söhbəti yoxdur. Bundan xəbər tutan həmin iş adamlarının bir neçəsi dərhal rəsmi qurumlarla əlaqə saxlayaraq, vəziyyəti izah etdikdən sonra durum dəyişib. Belə ki, dövlət qurumları Zakir Fərəcovdan həmin pulun sahibkaralara qaytarılmasını tələb ediblər.

Elə mərəkə də bundan sonra qopub. JAMAZ.İNFO-ya danışan sahibkarlar bildirirlər ki, Zakir Fərəcov bu məsələdən sonra o, şöbə müdiri Gündüz Əliyevi yanına çağıraraq, problem həll etməyi tapşırıb. Əliyev isə sahibkarları sakitləşdirmək üçün borcun ən azından yarısını verməyin vacib olduğunu, əks təqdirdə daha çox başlarının ağrıyacağını deyib. Bu söz isə Fərəcovun xoşuan gəlməyib və tərəflər arasında mübahisə yaranıb. Hətta iddialara görə, icra başçısı şöbə müdirini otağından belə qovub.

Hal hazırda Gündüz Əliyev sahibkarları sakitləşdirmək və borc məsələsini yoluna qoymaq üçün onlarla görüş keçirməyə cəhd edir. Lakin iş adamları pulları qaytarılmadığı təqdirdə, hər hansı görüşdə iştirak etməyəcəklərini bildiriblər. Üstəlik, xəbərdarlıq ediblər ki, yaxın günlərdə rəsmi qurumların nümayəndələri ilə görüşərək, problem yenidən qaldıracaqlar. Üstəlik, o da məlum olub ki, "zəmanət məktubu" söhbətinə əsaslanan İcra Hakimiyyəti özü çətin duruma düşüb. Çünki həmin sənədin notarial qaydada ləğv edilməsi, hazırda isə ondan istifadənin özünün "saxtakarlıq" olması rəsmi qurumlara məlum olub.

Xatırladaq ki, 2016-cı ildən bəri yaranan bocr qalmaqalı nəticəsində sahibkarlara müxtəlif işlərin görülməsi müqabilində 10 milyon manat ödənilməlidir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 923   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Evin sənədi başqasının adınadırsa, onu öz adına keçirmək mümkündür? - Hüquqi yollar - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı problemlər və mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların qarşılaşdığı aktual məsələlərdəndir. Bəzən insanlar yaşadıqları və ya illər əvvəl aldıqları evin sənədlərinin başqa şəxsin adına olduğunu sonradan öyrənirlər. Belə vəziyyətlərdə əmlakın faktik

5 noyabr
.

Bayraq hər birimizin milli qürur mənbəyidir

Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Mehriban Əliyeva və ailə üzvləri Devid Qarrettin simfonik şousunu izləyiblər - Fotolar

Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri simfonik şounu izləyiblər. Devi

4 noyabr
.

Paytaxtda Zəfər Gününə həsr edilən minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, "Regional İnkişaf" İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin 6-cı ildönümünə həsr olunan, Bakı şəhər rayonlarını əhatə edən abad məhəllələrarası "Zəfərlə irəli" minifutbo

4 noyabr
.

Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb. "Unikal"a istinadən xəbər verir ki, Füzuli İmrəliyevə general-mayor rütbəsi verilib. Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatl

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr