Hədəf İstanbuldur, Türkiyə müstəqilliyini itirə bilər - Sensasion iddia
Türkiyəli məşhur alim, geoloq Cəlal Şengör Mərmərə dənizində gözlənilən böyük İstanbul zəlzələsi ilə bağlı sensasion açıqlamalar verib.
Publika.az "Independent Türkçe"yə istinadla xəbər verir ki, Şengör zəlzələnin həm İstanbulu, həm də Türkiyənin mühüm sənaye bölgələrini məhv edəcəyini, hətta Türkiyənin müstəqilliyini itirə biləcəyini bildirib.
Şengör Mərmərə dənizində 7,2 - 7,4 bal gücündə zəlzələnin ola biləcəyini bildirib: "Qırılma xətti demək olar ki, Mərmərə dənizinin ortasından keçir. İstanbul yaxınlığında da Çınarcık hövzəsinin ortasından keçən yeni bir qırılma xətti tapılıb. İndi onlardan hər hansı biri qırılsa, nəinki İstanbulda, Tekirdağda da böyük dağıntılara səbəb olacaq. Tekirdağ ilə İstanbul arasındakı hissə tamamilə yox olacaq. İzmit, Mərmərənin cənubu, Bursa və Balıkesir düzü ciddi şəkildə təsirlənəcək".
Professor qeyd edib ki, İstanbulda baş verəcək zəlzələ Türkiyənin müstəqilliyini itirməsi ilə nəticələnə bilər:
"Çünki Türkiyənin iqtisadiyyatı, bilik və bacarığı bu zəlzələnin öhdəsindən gəlməyə kifayət etməyəcək. Biz kömək istəyəcəyik. Dünya məmnuniyyətlə yardım edəcək. Çünki İstanbul təhlükədədir. Sevr müqaviləsinin maddələrindən biri də İstanbulun BMT ölkələrinin birgə idarə edəcəyi bir şəhər olması idi. Biz bunu dərk etmirik, amma bu, hələ də gündəmdədir".
Mərmərə dənizində gördükləri işlərdən danışan Şengör, dövlətin pul ayırmadığını söyləyib:
"Professor Xavier Le Piçon pul tapdı və 2000-ci ildə mənimlə birlikdə Mərmərə dənizində araşdırmalara başladı. Dövlət isə araşdırmalarımız üçün bir qəpik də pul vermədi. Bələdiyyə təyin olunan 300 min lirəlik dəstəkdən imtina etdi, amma Avropa 70 milyon verirdi".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Sabah leysan olacaq, qar yağacaq
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon