Müəllimlərin də pensiya yaşı 5 il azaldılır? - AÇIQLAMA

Müəllimlərin də pensiya yaşı 5 il azaldılır? - AÇIQLAMAXəbər verdiyimiz kimi, yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötəngünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Azərbaycanda ümumtəhsil məktəblərində çalışan və yaşı 65 çatmış müəllimlər təqaüdə göndərilir. Bəs görəsən Azərbaycanda müəllimlər 5 il erkən pensiyaya çıxa bilər mi?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri Sonxeber.az-a açıqlama verib.
Müəllimlərin də pensiya yaşı 5 il azaldılır? - AÇIQLAMAEkspert bildirib ki, müəllimlərin 5 il tez pensiyaya göndərilməsi inandırıcı deyil:

"Sosial şəbəkələrdə bu mövzu çox maraqla qarşılanıb. Bu təkliflərin kişi müəllimlər üçün keçərli olub-olmamasına gəldiksə isə, bununla bağlı fikir birmənalı olmayacaqdır. Kişi müəllimlər üçün belə bir addımın atılması subyektiv olaraq o qədər də inandırıcı deyil. Dünya praktikasına baxanda görürük ki, bu o qədər də inandırıcı deyil. Müəllimlik çox çətin sahədir. Bu peşə insandan həddindən artıq psixoloji əmək tələb edir. Psixoloji və zehni əmək müəllimlərin fiziologiyasına da ciddi təsir göstərir. Bu baxımdan da biz əsəbi və ürək problemləri olan müəllimlərlə tez-tez rastlaşırıq.

Təsəvvür edin ki, bir ailədə hər bir uşaq müxtəlif xarakterə malik olur. Onların idarəsi valideynlər üçün nə dərəcədə çətindir. Amma müəllim müxtəlif ailələrdən gələn uşaqları idarə etməli və onlarla pedoqoji iş aparmalıdır. Bu isə aylarla deyil, illərlə davam edir. Bu zaman insan beyni yüklənir. Bu reallıqdır. Amma bu hallara görə müəllimin 5 il tez pensiyaya göndərilməsi inandırıcı deyil. Eyni zamanda bu hal cəmiyyətdə müsbət qarşılanmaz".

Elmin Nuri fikrincə, müəllimlik intellektual iş sayıldığına görə 65 yaş təqaüd üçün çox aşağıdır:

"65 yaş təqaüd yaşı olmasına baxmayaraq, müəllimlərin və ziyalı kəsimin narazılığına çevrilib. Müəllim var ki, 65 yaşı olmasına baxmayaraq praktikdir, faydalıdır və yeniliklər ilə şagirdlərinin qarşısına gəlməyi sevir. Mənim yaxın qohumum olan, dayımın 65 yaşı olmasına baxmayaraq həddindən artıq gənc əhval-ruhiyyəyə sahib olan müəllim idi. O, hər zaman deyərdi ki, "mən bundan sonra da daha yaxşı dərslər tərtib edəcəm". Çox təəssüflər olsun ki, 65 yaşından sonra təqaüdə göndərildi. Hazırda bir çox kolleqaları kimi işşizdir. Bu hallar ilə mən tez-tez rastlaşmışam. Bu həm qadın, həm də kişi müəllimlər arasında var. Müəllimlik intellektual iş sayıldığına görə 65 yaşın təqaüd üçün çox aşağı olduğunu düşünürəm. Çünki, intellektual peşə elədir ki, müəyyən bir yaş həddində özünü daha çox parlada bilər. Biz hər il "Nobel" mükafatı alan şəxslərin yaşına baxsaq görərik ki, onların əksəriyyətinin yaşı 70-dən yuxarıdır. Təbii ki, 40 yaşlı olanlar da var. Amma 70 yaşlı şəxslər üstünlük təşkil edir. Deməli intellektual məhsul bu yaş çərçivəsində özünü daha yaxşı göstərir.

Kişi müəllimlərin pensiya yaşının 5 il azaldılması fikri ilə razı deyiləm. Düzdür bizim gənc müəllimlərimizin işlə təmin olunması ilə bağlı problemlərimiz də mövcuddur . Amma bu məsələlərini bir-biri ilə bağlamaq olmaz. Hər il pedaqoji ixtisası nə qədər müəllimliyə namizəd tələbə bitirir. Amma bu ayrı mövzudur.

Müəllimlərin pensiya yaşının 5 il azaldılması qəti inandırıcı və eyni zamanda arzuolunan hal deyil. Bu gün yaşa görə təqaüdə çıxarılmış, amma təhsil üçün çox faydalı olan müəllimlərimiz həddindən artıq çoxdur".

Gülcahan Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8480   Tarix: 14 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. -ya istinadla xəbə

4 noyabr
.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-də saat 10:00-da 1949-cu il təvəllüdlü S.Həşimova Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhə

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr