Saxta dərmanlar apteklərdə necə satılır? - AÇIQLAMA
İstər Azərbaycana idxal olunan, istərsə də ölkədə istehsal edilən dərmanların keyfiyyəti nəzarət ciddi şəkildə nəzarət edilməlidir. Sakinlər arasında hələ də qiymətlərin yüksək olması, eləcə də əsasən bölgələrdə vaxtı keçmiş dərman vasitələrinə rast gəlinir. Bəs saxta və vaxtı keçmiş dərmanlar ölkəyə necə daxil? Bu cür dərman preparatları orqanizmdə hansı fəsadlar yarada bilər?
Mövzu ilə bağlı onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib. O deyib ki, saxta dərmanlar keyfiyyət parametri yetərincə olmayan, müəyyən standartlara cavab verməyən dərmanlardır:
"Saxta dərman anlayışını dedikdə ilk olaraq biz bunu nəzərdə tuturuq. Bu cür dərman preparatları bəzən içində əsas təsir edici maddənin minimal olması və olmaması baxımından aldadıcı vasitədir. Bu dərman preparatlarının ölkəyə daxil olması onu gətirən firmanın üzərindədir. Hansı firma idxal edirsə, onunla əlaqədar məsuliyyət daşıyırlar. Bir məsələni nəzərə almaq lazımdır. Dərman təhlükəsizliyi məsələsi milli təhlükəsizlik konsepsiyasının bir tərkib hissəsidir. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Bizim uşaqlarımız və gənclərimiz millətin genofondunu təşkil edir. Bu dərmanlar maddələrini qəbul edirlər və diqqətdə saxlamaq lazımdır".
Adil Qeybullanın sözlərinə görə, əhalinin bu baxımdan narazılığı heç də haqsız deyil:
"Onlar atdığı dərmanlardan bir effekt görmürlər. Hətta bu dərmanlar effekti olmadığı halda, insan orqanizmində ağır allergik reaksiyalara səbəb ola bilər. O cümlədən bu tip dərman preparatlarını qəbul edən insanlar arasında ağırlaşmaların olmasına da rast gəlinir. Düşünürəm ki, səhiyyə baxımından ortaya çıxan hər bir məsələyə diqqətlə yanaşmalıyıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA
Temperatur 10° enəcək - Xəbərdarlıq
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Sabahdan güclü külək başlayır - Xəbərdarlıq
Bu günə olan qızıl və gümüş qiymətləri
Kərə yağı alarkən aldanmayın: Keyfiyyətli məhsulu necə seçmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Hamiləliyə və doğuma görə verilən müavinət artırılır
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Şimali Koreya yenidən ballistik raketlər atdı: ABŞ və müttəfiqləri hərəkətə keçdi
Sabah leysan olacaq, qar yağacaq
Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi
Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon