Rusiyanın Navalnı ilə dəyişdirmək istədiyi, Avropada həbs edilən killer kimdir? - DOSYE

Rusiyanın Navalnı ilə dəyişdirmək istədiyi, Avropada həbs edilən killer kimdir? - DOSYERusiyanın Qərbdən azad edilməsini tələb etdiyi əsas məhkum Vadim Krasikov sayılır. Hətta, Aleksey Navalnı ölməzdən öncə, Rusiya və Qərb ölkələrinin onların mübadiləsini müzakirə etdiyi də məlum olub.

Lent.az Rusiyanın azadlığını istədiyi Vadim Krasikov barədə məlumatı təqdim edir.

2019-cu il avqustun 23-də Berlinin mərkəzindəki parkda keçmiş çeçen səhra komandiri və Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvili öldürüldü. Cinayətkar velosipedlə Xanqoşvilinin yanına gəlib və onu güllələyib. Şübhəli şəxs qətldən az sonra hadisə yerinin yaxınlığında polis tərəfindən saxlanılır. Onun üzərində Vadim Sokolovun adına sənədlər tapılır.
Rusiyanın Navalnı ilə dəyişdirmək istədiyi, Avropada həbs edilən killer kimdir? - DOSYEMəhkəmə həmçinin müəyyən edib ki, Krasikov Xanqoşvilini öldürmək üçün Rusiya dövlət qurumlarından sifariş alıb. Almaniya istintaqı Krasikovu Rusiya Federal Təhlükəsizlik Xidmətinin "Vımpel" xüsusi təyinatlılarının yüksək rütbəli zabiti adlandırıb.

İddia olunub ki, 2019-cu ilin fevral ayından avqust ayına qədər Krasikov "Vımpel" xeyriyyə fondunun səkkiz üzvü ilə ünsiyyətdə olub. Bundan əlavə, Krasikov dəfələrlə FTX Xüsusi Təlim Mərkəzinin bazalarına baş çəkib.

Vadim Krasikov 1965-ci il avqustun 10-da Qazaxıstanın Türküstan vilayətinin Kenestobe kəndində anadan olub. 1980-ci illərdə ailəsi Buryatiyaya köçüb. Sonra Krasikov həyat yoldaşı və iki uşağı ilə İrkutska köçür. 2009-cu ildən isə o, Moskva vilayətində yaşayır.

Medianın araşdırmalarına görə, Krasikov 2013-cü il yanvarın 19-na keçən gecə Moskvada güllələnən iş adamı Albert Nazarovun qətlində əsas şübhəli şəxs olub. Cinayətkar Nəzərova velosipedlə yaxınlaşıb, iş adamı müqavimət göstərib, qatil isə ona bir neçə dəfə atəş açıb. Bu qətl, The Insider və Bellingcat-ın qeyd etdiyi kimi, Berlində Xanqoşviliyə qarşı sui-qəsd cəhdinə bənzəyir: hər iki halda qatil velosipedlə gəlib və qurbanı yaxın məsafədən vurub.

2014-cü ilin yanvarında Rusiya hüquq-mühafizə orqanları Krasikovu biznesmenin qətlinə görə federal və beynəlxalq axtarışa verib. Rusiya Krasikovun axtarışı ilə bağlı İnterpola da məlumat verib, o cümlədən fotosunu təqdim edib. Amma 2015-ci ilin iyununda Rusiya Krasikovun axtarışını dayandırıb.

Bundan başqa, Krasikovun adı 2007-ci il aprelin 4-də Kareliyanın Kontokki kəndində sahibkar Yuri Kozlovun qətlində də iştirakçı kimi adı hallanıb.

Xanqoşvilinin qətli və sonradan Krasikovun saxlanılması Rusiya dövlətinin yüksək səviyyəli rəsmiləri tərəfindən şərh edilib. Rusiya Prezidenti Vladimir Putin Moskva metrosunda baş verən partlayışların təşkilatçılarından birinin Xanqoşvilinin olduğunu bildirib.

"İştirak etdiyi aksiyaların yalnız birində o, 98 nəfəri öldürüb", - Rusiya Prezidenti 2019-cu ildə deyib.

Kreml həmçinin bildirib ki, Rusiya tərəfi Almaniyaya Xanqoşvilinin ekstradisiyası üçün bir neçə sorğu göndərib, lakin buna Berlindən cavab verilməyib.

Rusiya Xarici İşlər Nazirliyi isə Krasikovun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi barədə xəbəri spekulyasiya adlandırıb.
Rusiyanın Navalnı ilə dəyişdirmək istədiyi, Avropada həbs edilən killer kimdir? - DOSYEBu ilin fevralında amerikalı jurnalist Taker Karlson Putindən müsahibə zamanı Rusiya Prezidentinin "Wall Street Journal"ın müxbiri Evan Gerşkoviçi azad etməyə hazır olub-olmadığını soruşmuşdu.

Putin isə Krasikova işarə edərək ABŞ-la müttəfiq olan bir ölkədə "vətənpərvərlik motivləri ilə Avropa paytaxtlarından birində qulduru məhv edən bir adam var", - deyə cavab verib.

"Həmin quldur Qafqazda baş verən hadisələr zamanı əsir düşən əsgərlərimizi yola düzüb, sonra da onların başının üstündə maşınla keçib. Ancaq bir vətənpərvər həmin şəxsi Avropa paytaxtlarından birində aradan götürdü. Onun bunu öz təşəbbüsü ilə edib-etməməsi başqa sualdır", deyə Putin heç bir ad çəkmədən Krasikovun azad edilməsi üçün məhkum mübadiləsinə hazırlığını ifadə edib.

CNN 2022-ci ilin iyulunda Rusiya hakimiyyətinin Vaşinqtona Rusiyada həbsdə olan amerikalıları Krasikovla dəyişməyi təklif etdiyini bildirmişdi. İddia olunurdu ki, ABŞ Almaniya hakimiyyətinə Krasikovu mübadilədə cəlb etməyə hazır olmaq xahişi ilə müraciət edib. "The Wall Street Journal" isə yazır ki, Moskva ABŞ-a Krasikovu Gerşkoviçlə dəyişməyi təklif edib.

Bundan başqa, rusiyalı siyasətçi Aleksey Navalnının Vadim Krasikovla dəyişdirilməsinin müzakirə olunduğu da bildirilib. Navalnının iştirakı ilə məhkumların mübadiləsinə dair danışıqlar aparılsa da, onun həbsxanada qəfil ölümü bu sövdələşmənin yekunlaşmasına son anda mane olub.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1042   Tarix: 15 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun