Ətin qiyməti 30 manata qədər BAHALAŞACAQ? - AÇIQLAMA
Azərbaycanda ət qiymətlərinin yaxın gələcəkdə Türkiyədəki kimi 40-50 manata çatacağı ilə bağlı iddialar səslənir.
Bəs, bu proqnoz nə dərəcədə əsaslıdır, Azərbaycanda ət qiymətlərinin bu səviyyəyə yüksəlməsi real risk hesab oluna bilərmi və hazırkı bahalaşma fonunda belə iddialar nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda ət qiymətləri sürətlə artır. Bunun əsas səbəbi yerli istehsalın azalması, otlaq sahələrinin azalması və heyvandarlıqla bağlı bu günə qədər aparılan doğru olmayan siyasətdir.
"Nəticə etibarilə belə bir mənzərənin şahidi olmuşuq. Lakin qiymətlərin bu dərəcədə kəskin artacağını düşünmürəm. Burada alıcılıq qabiliyyəti anlayışını da nəzərə almaq lazımdır. Türkiyədə orta aylıq əməkhaqqı və minimum əməkhaqqı, yəni "asgari ücret", Azərbaycandan 2-3 dəfə yüksəkdir. Buna görə də onların alıcılıq qabiliyyəti də bizdən daha yüksəkdir. Orada adambaşına düşən milli gəlir 20 min dollar olduğu halda, Azərbaycanda bu göstərici 7,8-8 min dollar civarındadır. Alıcılıq qabiliyyətini nəzərə alsaq, Azərbaycanda ət qiymətlərinin bu dərəcədə artacağını düşünmürəm. Lakin vaxtında tədbirlər görülməsə, qiymətlər yenidən arta bilər. Hazırda Kənd Təsərrüfatı Nazirliyi bəzi addımların atılmasına və müəyyən təşviq proqramlarının həyata keçirilməsinə çalışır. Bu tədbirlər görülməzsə, Azərbaycanda ət qiymətlərinin yenidən artması mümkündür. Qiymətin 30 manata qədər bahalaşması daha real görünür, bundan yüksək olması isə alıcılıq qabiliyyətinin imkanları baxımından çətin görünür".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızılın qiymətində yeni göstəricilər
Mərkəzi Bank (ARMB) 8 oktyabr 2026-cı il tarixinə olan rəsmi valyuta məzənnəsini açıqlayıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 029.6700 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 226.01 manat təşkil edib. Qiymətlər əyyarlara görə dəyişir. Belə ki, təmiz qızıl (9
8 oktyabrAzərbaycanda pul bazası 15 %-dən çox artıb
Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 817,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 2,4 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 10,4 %, son 1 ildə isə 15,2 % artıb
2 oktyabrQlobal iqtisadiyyat sabitlik həddinə yaxınlaşır
Qlobal iqtisadiyyat hələ də Yaxın Şərqdəki müharibənin və enerji qiymətlərinin kəskin artmasının təsirlərini yaşayır, lakin yeni şoklara tab gətirmək qabiliyyəti tədricən zəifləyir. xəbər verir ki. Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edir ki, azalan neft ehtiyatları, artan borc yükü və süni intellekti
13 oktyabrQızılın qiyməti ilə bağlı son xəbər
2026-cı il 7 oktyabr tarixində dünya birjalarında qızılın qiymətində kiçik enmə müşahidə olunub. "Yeni Sabah" xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında spot qızılın bir unsiyasının qiyməti 0.3 faiz ucuzlaşaraq 4,150.23 dollar təşkil edib. Ölkəmizdə isə 1 unsiya qızılın qiyməti 7,007.74 mana
7 oktyabrAİ-95 markalı benzinin qiyməti BAHALAŞACAQ? - AÇIQLAMA
Rusiyada neft emalı müəssisələrində yaranan problemlər və yanacaq istehsalının azalması regionun yanacaq bazarına da təsir göstərə biləcək amillərdən biridir. Bəs, Rusiyada neft emalı və yanacaq istehsalında yaranan problemlər Azərbaycanda benzin qiymətlərinə hansı formada təsir göstərə bilər və xüsusil
29 sentyabrİqtisadçı ekspert vəfat etdi
İqtisadçı ekspert Pərviz Heydərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, 54 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib. Qeyd edək ki, P.Heydərov 90-cı illərdə İqtisadiyyat Nazirliyində çalışıb. Prezident İlham Əliyevin 21 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatını
29 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102,02 dollara düşdü
Neft bazarında əvvəlki gün qiymətlərin kəskin artmasından sonra cüzi bir eniş qeydə alınıb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,29 dollar (0,28 faiz) az, 102,02 dollar/barel təşkil edib. Cümə axşam
2 oktyabrAzərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb
2025-ci ildə Azərbaycanda 477 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 4 dəfə, 2020-ci ilin göstərici ilə müqayisədə isə 239 dəfə çoxdur. Hesabat dövründə istehsal edilə
8 oktyabr