"Çoxlarından fərqli olaraq ailəm olub, ailəli aktrisalar barmaq sayı qədərdir" - FOTO

"Çoxlarından fərqli olaraq ailəm olub, ailəli aktrisalar barmaq sayı qədərdir" - FOTO"Əsl aktyorun orqanikası, bütün duyğuları, hissləri, ürəyi, beyni bir rolun üzərində işləyir. Bunu yaşayırsan. Hər insan öz ömrünü yaşayır, amma aktyor bir ömründə neçə rol oynayırsa hamısının həyatını yaşayır. Öz ömrümüz, yazımız, taleyimiz gedir, yaddan çıxır. Nə oynayacamsa mən onun haqda fikirləşib özümünkü etməliyəm. O mənimki olmalıdır. Əgər çətin, faciəvi bir obrazdırsa bu bəzən öz həyatına da təsir edir. "Vicdan haqqı" serialı 3 il çəkdi. Mən 3 il sanki o həyatı yaşadım".

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Hicran Nəsirova deyib. O daha sonra əlavə edib.
"Çoxlarından fərqli olaraq ailəm olub, ailəli aktrisalar barmaq sayı qədərdir" - FOTO"Peşmanlıqlar hamının həyatında olur. Bu sənətin maddi tərəfi yoxdur. Daha çox özümüz xərcləyirik. Problemlər çoxdur. Hər bir sənətkarın həyatında bir an olur ki, üzdə olursan. Sonra arxaya çəkilirsən, yaddan çıxırsan. Bir az geri çəkiləndən sonra çətin olur. Yaş gedir, hansı ki, o rolları oynaya bilərdin gecikirsən. O illəri yaşamırsan, sadəcə vaxt keçir. Həyat mübarizədir. Səhnə özü də mübarizədir. Gərək həmişə mübarizə aparasan. Onu da kimisi bacarır, kimisi yox. Bu yaşa gəlib çatdım, o qərara gəldim ki, gərək heç nəyi sonraya saxlamayasan. Gərək yerində həll edəsən. Əvvəlki enerjimlə çox şey edə bilərdim. Elə illər oldu ki, çox işlədim. Elə də oldu ki, gözləyə-gözləyə qaldım. Bu zaman da vaxt getdi. Mənim AZDRAMA-da işlədiyim dövr 3 dəfə teatrın təmir vaxtına düşdü. İstər-istəməz bu da bizim ömrümüzdən getdi. Səhnəmiz olmadığı üçün elə tamaşalarımız oldu ki, 4-5 dəfə oynanıldı, sonra tamaşaçılar onları görmədi", - deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, film və seriallarda mütləq aktyorlar çəkilməlidir:

"Bizdə bu gün maraqlı bədii filmlər çəkilmir. Bəlkə bundan sonra hər şey yaxşılığa doğru olar, düzələr. Çox vaxt işsiz qalmıram. İndinin özündə də təkliflər var. Artıq enerjimə də qənaət etmək istəyirəm. Hər filmdə, serialda çəkilmək istəmirəm. Bunu da gözləyə-gözləyə ömürdən gedirik. Bloger, əldə qayırma müğənnilər filmlərə çəkilir, efirlərə çıxır. İş onlarda deyil. Onları qabağa çəkənlərdədir günah. Televiziya rəhbərlərində, aparıcılarda günah görürəm. Hər şeyin öz yeri var. Necə ki, əvvəllər restoran müğənnilləri də var idi, sənətkarlar da. Onların arasında fərq qoyurdular. Buna fərq qoymaq lazımdır. Tamaşaçının zövqünü korlamaq yox, formalaşdırmaq lazımdır".
"Çoxlarından fərqli olaraq ailəm olub, ailəli aktrisalar barmaq sayı qədərdir" - FOTOHicran Nəsirova bildirib ki, daim intriqalarla üz-üzə qalıb:

"Sənətdə çox əngəllərlə qarşılaşmışam. Mənim simamda özlərini mənə rəqib görüblər. Çünki sənətdə ilk addımlarım çox uğurlu olub. Hansı serialda çəkilmişəmsə, hansı tamaşada oynamışamsa ona uğur gətirmişəm".

Əməkdar artist şəxsi həyatını efirlərdən uzaq saxlamağın tərəfdarıdır.

"Ailə həyatım mənim gizlin tərəfimdir. Mənim xoşbəxtliyimdən kimə nə? Bu haqda ümumiyyətlə danışmaq istəmirəm. Qadınlardan ailəli aktrisalar barmaq sayı qədər olub. Mənim də şükür Allaha ailəm, övladlarım var. Bir ana kimi də övladlarım üçün nə lazımdırsa etmişəm. Çoxlarından fərqli olaraq da heç vaxt ailəmi sənətimə qurban verməmişəm", - deyə sənətkar bildirib.
"Çoxlarından fərqli olaraq ailəm olub, ailəli aktrisalar barmaq sayı qədərdir" - FOTO


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 7717   Tarix: 15 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qızı şikayət etdi, anası cəzalandırıldı - Ailə münaqişəsinə səbəb nə olub?

Sumqayıt şəhərində azyaşlı övladının üzünü cıran ana cəzalandırılıb. Qaynarinfo-nun məlumatına görə, 1994-cü ildə Abşeron rayonunun Novxanı kəndində anadan olmuş C.V. barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb. V.V. övladının şikayəti əsasınd

18 iyun
.

Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr

Ebola virusuna yoluxmuş Afrika sakinlərinin 30 gün ərzində Avropa və Asiyanın əsas tranzit hava limanlarında olması ehtimalı yüksəkdir. -ın xəbərinə görə, bu barədə yapon alimlərinin - Ryo Kinosita, Motoi Sudzuki və Daysuke Yoneokinin "medRxiv" portalında dərc olunmuş riyazi modelləşdirməsind

16 iyun
.

Nirezo Official Azərbaycanın tanınmış endirim bloq səhifəsi

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosial şəbəkələrdə geniş auditoriyaya sahib olan platforma hər gün minlərlə istifadəçin

17 iyun
.

100 Manatlıq Kredit Qərarı Gündəlik Büdcə ilə Birlikdə Dəyərləndirilir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il "Rəqəmsal Ödənişlər İcmalı" hesabatına görə, ölkədə nağdsız ödənişlərin həcmi 99,1 milyard manata, elektron ticarət əməliyyatlarının sayı isə 1,5 milyard ədədə çatıb. Hər iki göstəricidə qeydə alınan artım rəqəmsal ödəniş davranışının gündəlik iqtisad

8 iyul
.

Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı

Ötən ilin iyulunda Yevlaxın Malbinəsi kəndində 1985-ci il təvəllüdlü Ruslan Mustafayevi güllələyərək öldürən şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhumun 1957-ci il təvəllüdlü həmkəndlisi Əli Rəsulova hökm oxunub. Bildirili

23 iyun
.

26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı

Bərdə rayonunda kanaldan meyit tapılıb. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında aşkar edilib. Yevlax rayon sakini 200-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb. Faktla bağlı araşdırm

23 iyun
.

"Müasir dövrdə yaşıl enerji də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilmişdir" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin strateji tərəfdaşlığını müəyyən edən əsas amillər sırasında siyasi etimad, iqtisadi qarşılıqlı asılılıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları və regional sabitlik xüsusi yer tutur. Son illər bu istiqamətlər üzrə həyata keçirdiyi ardıcı

4 iyul
.

KDR-də Eboladan bir gündə 13 nəfər öldü: Yoluxma sayı ARTIR

Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib. xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, virusuna yoluxan şəxslərin ümumi sayı 1 048 nəfə

23 iyun
.

Kasım-Jomart Tokayev Azərbaycan və Gürcüstanla birgə layihələrdən danışdı

"Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının gücləndirilməsi üçün Azərbaycan və Gürcüstanla vahid uzunmüddətli tarif modelinin tətbiqi müzakirə olunur". -ın -ya istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aralıq dənizi Gəmiçiliyi şirkətinin ba

24 iyun