Mahir Emreli buna görə milliyə çağırılmayıb

Mahir Emreli buna görə milliyə çağırılmayıbAnton Krivotsyuk və Mahir Emrelinin Azərbaycan millisinə çağrılmamasının səbəbi açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə millinin müvəqqəti baş məşqçisi Arif Əsədov yığmanın "FİFA series – Edition 2024" layihəsi çərçivəsində Monqolustan və Bolqarıstan milli komandalarına qarşı keçirəcəyi oyunlar haqqında danışarkən bildirib.

Baş məşqçi qeyd edib ki, hər iki futbolçumuzun heyətdə olmaması zədə ilə bağlıdır: "Anton Krivotsyuk və Mahir Emreli ilə danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar və onları növbəti təlim-məşq toplanışlarına çağıraq.

Yeni simalara gəlincə, Ukraynada çıxış edən Emil Mustafayev, Türkiyədə oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal İsgəndərli və "Neftçi"nin qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları olduğu üçün onları cəlb etdik ki, baxaq. Adətən, bu cür yoldaşlıq oyunlarında yeni futbolçular yoxlanılır".

Mütəxəssis Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynovun milliyə dəvət olunmaması barədə də danışıb:

"Qərara aldıq ki, üç gənc oyunçu - Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın düşərgəsinə getsinlər. U-21-i qarşıda rəsmi oyunlar gözləyir, ona görə də komandanın baş məşqçisi Samir Əliyevlə danışdıq ki, bu futbolçular İngiltərə və Ukrayna ilə görüşlərdə gənclər yığmasına kömək etsinlər".

Qeyd edək ki, millimiz "FIFA series – Edition 2024" layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-si, saat 20:00-da Monqolustan, martın 25-i, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 821   Tarix: 16 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Premyer Liqa: "Neftçi" və "Qarabağ" yenidən üz-üzə

Misli Premyer Liqasının XXI turunda təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, matç "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ağdam təmsilçisi çempionatd

30 aprel
.

"Ayaks" və Niderland millisinin sabiq üzvü "Qarabağ"da?

Cənubi Kiprin "Pafos" klubunda çıxış edən qapıçı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər. Qaynarinfo Niderland mediasına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper "Qarabağ"ın maraq dairəsinə düşüb. Məlumata görə, Cey Qorterin mövsümün sonunda "Pafos"da

5 may
.

FIFA "Neftçi"yə niyə transfer qadağası qoyub? (AÇIQLAMA)

FIFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası maksimum 3-5 günə aradan qaldırılacaq. Bu barədə Qaynarinfo-ya "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır v

7 may
.

AFFA "Sabah" - "Qarabağ" oyunu ilə bağlı cəzaları niyə açıqlamır?

AFFA İntizam Komitəsinin Azərbaycan kubokunun yarımfinalında keçirilən görüşlərlə bağlı cəzaları açıqlamaması maraq doğurur. "Qafqazinfo" xəbər verir ki, komitə yarımfinallardan sonra baş tutan Misli Premyer Liqasının 29-cu turunda baş verənlərlə bağlı qərarlarını bu gün açıqlayıb. Lakin yarımfinall

29 aprel
.

"Sevinən tərəf olmaq istəyirik"

"Üçüncü dəfədir ki, kubokun finalına çıxırıq. Əvvəlki iki matçda məğlub olmuşuq. Birində penaltilər seriyasında, digərində isə əsas vaxtda uduzmuşuq". xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində bildirib. O qey

8 may
.

"Qarabağ"ın zədələnən futbolçusu üçün mövsüm bitdi

"Qarabağ"ın futbolçusu Coni Montiel bu gün əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Zədəsi ciddi olan futbolçu 1 ay yaşıl meydanlara qayıtmayacaq. Montiel üçün mövsüm artıq başa çatıb. Qeyd edək ki, Montiel Misl

1 may
.

Bulvarda "Prezident Kuboku" keçiriləcək - Video

Mayın 2-si və 3-ü Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan yelkən idmanı üzrə "Prezident Kuboku" keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yarışlar Bakı bulvarında "Yaxt Klub"un yaxınlığında təşkil olunacaq. Saat 11:00-da başlayacaq yarışlara giriş sərbəstdi

1 may
.

Finiş xəttini birinci keçən idmançı Əhməd Alkanoğlu: "Bakı Marafonu"nda qalib olmaq böyük xoşbəxtlikdir"

"Daha əvvəl Bakıda yarı marafonu qazanmış idmançı kimi yenidən burada - "Bakı Marafonu"nda qalib olmaq mənim üçün böyük xoşbəxtlikdir". xəbər verir ki, bu sözləri "Bakı Marafonu 2026"da kişilər arasında finiş xəttini birinci keçən türkiyəli idmançı Əhməd Alkanoğlu jurnalistlər

3 may
.

Nəriman Axundzadənin ABŞ-dakı maaşı açıqlandı

Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadənin ABŞ-dakı maaşı açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb. "Kolambus Kryu" klubundakı çıxış edən 22 yaşlı futbolçunun illik maaşı 550 00 ABŞ dolları (vergilərsiz 93

13 may